Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Uşaqlarda özünəinam təriflə yox, təcrübə ilə qazanılır

    5 Aprel 2025 15:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Uşaqlarda özünəinam təriflə yox, təcrübə ilə qazanılır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Özünəinam yalnız təriflə yox, real təcrübə və uğurlarla formalaşır. Mütəxəssislər bildirir ki, şişirdilmiş komplimentlər uşaqlarda inam hissini artırmaq əvəzinə, onların uğur və bacarıq anlayışına mənfi təsir göstərə bilər.

    AzerVoice xəbər verir ki, valideynlər övladlarını motivasiya etmək məqsədilə tez-tez təriflərdən istifadə edirlər. Lakin bu təriflərin həddi aşması uşaqlarda daxili motivasiyanı zəiflədərək, onların xarici təsdiqə olan asılılığını artıra bilər.

    Uşaq eksperti və Uşaq İnkişafı Mütəxəssisi Ayşegül Koçalı "Doğru zamanda və düzgün şəkildə verilən təriflər uşaqlar üçün motivasiya mənbəyi ola bilər, lakin davamlı və şişirdilmiş təriflər uşağın real bacarıqlarını dərk etməsinə mane olur. Ən təsirli öyrənmə üsulu yaşayaraq öyrənməkdir. Uşaq təcrübə qazandıqca öz potensialına daha çox inanır. Ancaq onu hər addımda həddindən artıq təriflədikdə, o, öz qabiliyyətlərini real qiymətləndirməkdə çətinlik çəkə bilər” - deyəbildirir.

    Koçalı əlavə edir ki, uşağın inkişafında əsas olan onun problemləri həll etmək bacarığı və səhvlərindən nəticə çıxara bilməsidir.

    Şişirdilmiş təriflər uşaqlarda hansı problemlərə səbəb ola bilər?

    Mütəxəssislər bildirirlər ki, bəzi valideynlər uşaqlarının bacarıqlarını daim tərifləməyi sevgi və dəstək göstərmək kimi qəbul edirlər. Ancaq bu yanaşma uşağın psixologiyasına mənfi təsir göstərə bilər.

    Məsələn, "Sən nə qədər ağıllısan!" ifadəsi, ilk baxışdan günahsız görünsə də, uşaqda daxili narahatlıq yarada bilər. Çünki uşaq bir müddət sonra bu ağıllılığını sübut etmək məcburiyyətində hiss edə və uğursuz olduqda "Bəlkə də, mən əslində ağıllı deyiləm" düşüncəsinə qapıla bilər. Bu isə onun gələcəkdə uğursuzluqlardan qorxmasına və çətinliklərdən yayınmasına səbəb ola bilər.

    Koçalı valideynlərə tövsiyə edir ki, tərif zamanı uşağın anadangəlmə istedadından çox, onun göstərdiyi səyi qiymətləndirsinlər. Məsələn, “Sən çox ağıllısan!” demək əvəzinə, “Bu problemi həll etmək üçün çox çalışdın!” ifadəsi daha düzgün olar. Bu yanaşma uşağa uğurun zəhmət və səy nəticəsində əldə edildiyini öyrədir.

    Səhvlərdən qorxmamaq - Özünəinamın açarıdır

    Bəzi valideynlər uşaqlarını səhv etməkdən qorumağa çalışsalar da, bu yanaşma onların özünəinamını inkişaf etdirməyə mane ola bilər. Koçalı bildirir ki, səhvlər öyrənmə prosesinin ayrılmaz hissəsidir və uşağın inkişafına mühüm töhfə verir.

    “Səhv etdiyi zaman tənqid və ya qınaqla üzləşməyən, bunun əvəzinə həll yolları düşünən və yenidən cəhd etməyə cəsarət edən uşaq, əslində, real həyatda daha uğurlu olur.” -deyən Koçalı vurğulayır ki, valideynlər uşaqlarını həddən artıq qorumaq əvəzinə, onları problemlərlə mübarizə aparmağa təşviq etməlidirlər.

    Koçalı valideynlərə təkcə nəticəni deyil, proses boyunca uşağın göstərdiyi səyi qiymətləndirməyi də tövsiyə edir. Sadəcə ‘Afərin, qazandın!’ demək kifayət deyil. Daha çox ‘Sən bu tapşırığı yerinə yetirmək üçün çox çalışdın’, ‘Problemlərlə üzləşməyə davam etdin və sonda həll yolu tapdın’ kimi ifadələrdən istifadə etmək daha faydalıdır. Bu, uşağın özünəinamını qoruyaraq inkişaf etməsinə kömək edir.

    Tərif uşağa etiket yox, stimul olmalıdır

    Tədqiqatlar göstərir ki, uşaqlar təriflərə alışdıqca, onların real dünyada çətinliklərlə qarşılaşdıqda uğursuzluğa dözümləri azalır. Onlar daim mükafat gözlədikləri üçün daxili motivasiyaları zəifləyir və yeni bacarıqları sınamağa cəsarət etmirlər.

    Ekspert bildirir ki, "Sən ən yaxşısan!" kimi şişirdilmiş təriflər uşağı həddindən artıq özünəinamlı və narsist edə bilər. Bu halda uşaq özünü digərlərindən üstün görməyə başlayır və başqalarının hiss və hüquqlarına hörmət etməyə bilər.

    Qeyd edək ki, mütəxəssislər özünəinamın təriflə yox, real təcrübə və uğurlarla inkişaf etdiyini vurğulayırlar. Valideynlərin məqsədi uşaqlarına həqiqi dəyər hissi aşılamaq və onları qarşılaşacaqları çətinliklərə hazırlamaq olmalıdır.

    #Uşaq psixologiyası #Uşaq inkişafı #Səhvlərdən qorxmamaq #Daxili motivasiya #Bacarıqların inkişafı #Narsizm və özünəinam #Motivasiya vasitələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Maliyyə böhranı uşaqlara necə izah edilməlidir? - Psixoloqlardan vacib tövsiyələr

    25 May 2026 09:00

    Uşağın adı gələcəyinə necə təsir edir? Seçiminizi dəyişə biləcək araşdırmalar

    25 May 2026 06:00

    Süni intellekt dövründə uşağın “insani” tərəfini necə inkişaf etdirmək olar?

    19 May 2026 06:00

    Uşağınızın inadkarlığını sındırmayın... Sabahın lideri ola biləcək "bu günün yorğunu"nun hekayəsi

    17 May 2026 07:00

    Müharibələrin bədəlini günahsız körpələr ödəyir - Ərdoğan

    23 Aprel 2026 18:40

    Mavi işıq uşaqların yuxusunu və diqqətini necə təhdid edir

    31 Avqust 2025 18:00

    13 yaşdan əvvəl telefon istifadəsi psixi problemlərə yol açır

    30 Avqust 2025 17:00

    Ağıllı telefonlardan erkən istifadə uşaqlarda psixoloji pozuntulara səbəb ola bilər

    26 İyul 2025 14:51

    İngiltərə uşaqları ekran asılılığından qorumağa hazırlaşır

    26 İyul 2025 10:14

    Birinci, ortancıl, sonuncu ya da tək uşaq olmaq – şəxsiyyətə necə təsir edir?

    6 İyul 2025 16:00

    İqlim böhranının görünməyən tərəfi: Gənclər üzərində emosional təsiri artır

    29 İyun 2025 14:00

    Uşaqlarda xəyali dostlar – təxəyyülün gücü

    4 May 2025 15:30
    XƏBƏR LENTİ

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    Bu gün altıgünlük müharibə başladı

    720 at güclü AC Cobra GT təqdim olundu

    Tarixdə bu gün - 5 İyun

    Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    Birləşmiş Krallıqda Milli Sağlamlıq Xidməti əməkdaşları üçün siyasi nişanların istifadəsi qadağan edilə bilər

    Riçard Nil: İranla müharibə amerikalı ailələrə baha başa gəlir

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    Hizbullah İsrail tankını Bofor qalası yaxınlığında məhv etdiyini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.