#Uşaq psixologiyası

Uşaqlara üzr istəməyin əhəmiyyətini öyrətmək, onların empatiya və sosial məsuliyyət hissini gücləndirmək üçün çox vacibdir. Türkiyəli neyropsixoloq Merve Tuğçe Doğru mövzu ilə bağlı mühüm məqamlara toxunub. Mütəxəssis bildirir ki, bu prosesdə uşağı məcburi üzr istətmək onlarda empatiya hissini zəiflədə bilər və məsuliyyət duyğusunun formalaşmasına mane ola bilər. Bunun əvəzinə, uşaqlara üzr istəməyin nə demək olduğunu və niyə vacib olduğunu izah etmək daha effektivdir.

İqtisadi çətinliklər və yaşayış problemləri yalnız böyüklərə deyil, uşaqlara da təsir göstərir. Mütəxəssislər bildirirlər ki, uşaqlar ailədə baş verən dəyişiklikləri düşündüyümüzdən daha tez hiss edir. Gəzintilərin azalması, alış-verişlərin təxirə salınması, valideynlərin gərgin davranışları və evdəki ümumi ab-havanın dəyişməsi onların diqqətindən yayınmır.

Uşağa ad seçimi yalnız formal prosedur deyil, onun gələcək psixologiyasına, sosial münasibətlərinə və hətta peşə həyatına təsir göstərə bilən mühüm qərarlardan biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, insanın adı zaman keçdikcə sadəcə müraciət vasitəsi olmaqdan çıxaraq şəxsiyyətinin bir hissəsinə çevrilir və cəmiyyətin onun haqqında formalaşdırdığı ilk təəssüratda mühüm rol oynayır.

Dr. Akbeyaz vurğulayır ki, uşaqların inkişaf etməkdə olan gözləri və beyinləri mavi işığa böyüklərdən daha həssasdır. Bu, onların yuxu-oyanma dövrünü tənzimləyən melatonin hormonunun istehsalını əngəlləyir, nəticədə yuxu pozğunluqları, diqqət çatışmazlığı, öyrənmə çətinlikləri və emosional qeyri-sabitlik kimi problemlərə yol açır. Xüsusilə yeniyetməlik dövründə bu təsirlər daha ciddi ola bilər, çünki bu yaşda beyin inkişafı və emosional tarazlıq xüsusi əhəmiyyət kəsb edir. Mavi işığın təsirləri yalnız yuxusuzluqla məhdudlaşmır. Qeyri-kafi yuxu uşaqların fiziki inkişafına da təsir edərək böyümə hormonu ifrazını azaldır, həmçinin yaddaş, diqqət və akademik performansda problemlər yaradır.

Dünya üzrə 100,000-dən çox gənc arasında aparılan araşdırma, 13 yaşına çatmamış smartfon sahibi olan uşaqların 18-24 yaş arasında intihar düşüncələri, aqressivlik, reallıqdan uzaqlaşma, emosional nəzarətin itirilməsi və özünə hörmətin aşağı olması kimi psixi sağlamlıq problemləri ilə üzləşdiyini ortaya qoyub. Sapien Laboratoriyasının baş alimi Dr. Tara Thiagarajan, bu yaşda smartfon istifadəsinin spirt və tütün kimi məhdudlaşdırılmalı olduğunu vurğulayaraq, inkişaf etməkdə olan ağılların onlayn mühitdən dərin təsirləndiyini bildirib.