Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Hollandiya polisinin fələstinli hamilə qadını yerə yıxması etiraza səbəb olub

    31 May 2026 19:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hollandiya polisinin fələstinli hamilə qadını yerə yıxması etiraza səbəb olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Hollandiyada qaçqınların yerləşdirildiyi mərkəzdə polis əməkdaşlarının hamilə fələstinli qadına qarşı davranışını əks etdirən görüntülər ölkədə və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

    Paytaxt Amsterdam yaxınlığındakı Zeyft qəsəbəsinin Kampvex ərazisində yerləşən sığınacaq mərkəzində baş vermiş hadisə zamanı polis əməkdaşlarının hamilə qadını yerə yıxması əks olunan video sosial şəbəkələrdə milyonlarla baxış toplayıb.

    Yayılan görüntülərə görə, insident polis əməkdaşlarının sığınacaq mərkəzində yaşayan fələstinli şəxsi saxlaması zamanı baş verib. Həmin şəxsin həyat yoldaşı olan hamilə qadın ərinin vəziyyətini öyrənmək və onun yanında qalmaq istəyəndə vəziyyət gərginləşib.

    Kadrlarda polis əməkdaşlarından birinin qadını itələyərək yerə yıxdığı görünür. Bundan sonra qadının həyat yoldaşı müdaxilə etməyə çalışıb və hadisə yerində əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.

    Fələstinli qaçqın, 30 yaşlı Vissam Miqdad bildirib ki, hadisə onun ailəsinin Qəzza zolağında yaşadığı vəziyyətlə bağlı keçirdiyi psixoloji gərginlik fonunda baş verib.

    Onun sözlərinə görə, sığınacaq mərkəzində yaranmış mübahisədən sonra polis tərəfindən saxlanılıb. Miqdad iddia edib ki, saxlanılarkən polis əməkdaşlarına həyat yoldaşının hamilə olduğunu bildirsə də, buna baxmayaraq qadına qarşı kobud rəftar göstərilib.

    Miqdad qeyd edib ki, hadisədən sonra dörd gün nəzarətdə saxlanılıb və daha sonra sərbəst buraxılıb. O, həmçinin həyat yoldaşının hadisədən bir neçə gün sonra səhhətində problemlər yarandığını bildirib.

    Hadisənin görüntülərinin təsadüfən ərazidə olan bir uşaq tərəfindən çəkildiyi və sosial şəbəkələrdə yayılmasından sonra geniş rezonans doğurduğu qeyd olunur.

    Hollandiya polisi isə hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Hüquq-mühafizə orqanları yayılan videoların hadisənin yalnız bir hissəsini əks etdirdiyini bildirərək bütün şəraitin ətraflı şəkildə araşdırıldığını bəyan edib.

    Polisin məlumatına görə, əməliyyat mayın 19-da axşam saatlarında sığınacaq mərkəzində baş vermiş dava barədə daxil olan məlumat əsasında həyata keçirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının ərazidə olan insanların təhlükəsizliyini təmin etmək məqsədilə müdaxilə etdiyini vurğulayıb.

    Hadisə insan hüquqları müdafiəçiləri və ictimai fəallar tərəfindən də sərt tənqid olunub.

    BMT-nin işğal altındakı Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçisi Françeska Albaneze sosial şəbəkədə paylaşdığı açıqlamada hadisəyə etirazını ifadə edib.

    Hollandiyalı fəallar və hüquq müdafiəçiləri də hamilə qadına qarşı güc tətbiqinin yolverilməz olduğunu bildirərək şəffaf və müstəqil araşdırma aparılmasını tələb ediblər.

    Müşahidəçilərin fikrincə, hadisə Avropada qaçqınlarla davranış, polis səlahiyyətlərinin tətbiqi və həssas qrupların müdafiəsi məsələlərini yenidən gündəmə gətirib.

    Bir sıra hüquq müdafiə təşkilatları araşdırmanın nəticələrinin ictimaiyyətə açıqlanmasının vacibliyini vurğulayaraq, qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsul şəxslərin cavabdehlik daşımalı olduğunu bildiriblər.

    #Hollandiya sığınacaq mərkəzi #polis müdaxiləsi #hamilə fələstinli #qaçqın hüquqları #Hollandiya hüquq-mühafizə #BMT insan hüquqları #saxlanma insidenti #müstəqil araşdırma tələbi #qaçqınlarla davranış
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    21 İyul 2026 21:02

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    21 İyul 2026 20:16

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.