Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tacikistan–Əfqanıstan sərhədində silahlı toqquşma baş verib

    21 Yanvar 2026 15:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tacikistan–Əfqanıstan sərhədində silahlı toqquşma baş verib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Tacikistan–Əfqanıstan sərhədində baş verən silahlı insident zamanı 4 hücumçu zərərsizləşdirilib.

    AzerVoice xəbər verir ki, bu barədə Tacikistanın Sərhəd Mühafizə Qoşunları məlumat yayıb.

    Rəsmi açıqlamada bildirilib ki, Əfqanıstan ərazisindən Tacikistana qanunsuz yollarla keçməyə cəhd edən silahlı şəxslərlə sərhəd təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Qarşıdurma nəticəsində silahlı qruplaşmanın 4 üzvü öldürülüb.

    Hadisə yerində hücumçulara məxsus çoxsaylı silah və döyüş sursatı aşkar edilərək götürülüb. Sərhəd xəttində təhlükəsizliyin tam təmin edildiyi, faktla bağlı istintaqın başladıldığı qeyd olunub.

    Məlumata görə, son iki ay ərzində Tacikistan–Əfqanıstan sərhədində silahlı qrupların ölkə ərazisinə sızma cəhdləri zamanı üç dəfə silahlı toqquşma qeydə alınıb.

    Xatırladaq ki, 2025-ci ilin noyabrında baş verən insidentlərdə sərhəd bölgəsində fəaliyyət göstərən bir obyektə hücum nəticəsində 5 Çin vətəndaşı həlak olmuş, daha 5 nəfər yaralanmışdı. Ötən ayın sonunda isə Tacik sərhəd zastavasına edilən hücum zamanı 3 hücumçu öldürülmüş, 2 Tacik hərbçisi həyatını itirmişdi.

    Tacikistan rəsmiləri Əfqanıstan hökumətini sərhəd təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

    #Əfqanıstan #Tacikistan #sərhəd toqquşması #Tacikistan Əfqanıstan sərhədi #Tacikistan Sərhəd Qoşunları #Mərkəzi Asiya təhlükəsizliyi #sərhəd insidenti #Əfqanıstanla sərhəd gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tacikistan İrandan 2,55 milyon ton neft və yanacaq almaq istəyir

    20 Avqust 2026 18:12

    Azərbaycan Əfqanıstanı təbrik edib

    19 Avqust 2026 10:35

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    9 Avqust 2026 07:15

    Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

    27 İyul 2026 18:16

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    20 İyul 2026 22:28

    Müasir Qətərin memarı Şeyx Həməd bin Xəlifə Al Sani kimdir?

    16 İyul 2026 02:00

    Tarixdə bu gün - 16 İyul

    16 İyul 2026 00:01

    NATO-nun 5-ci maddəsi nədir?

    7 İyul 2026 18:24

    İsraildə Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunur

    6 İyul 2026 18:58

    Mundiqak və Baktriya qazıntıları işığında qədim Əfqanıstan tarixi

    5 İyul 2026 11:00

    İran Avropa ölkələrini Əli Xameneinin dəfn mərasiminə dəvət etməyib

    3 İyul 2026 21:45
    XƏBƏR LENTİ

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.