Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Pakistanın sabiq kəşfiyyat rəhbərinə 14 il müddətinə həbs cəzası verilib

    11 Dekabr 2025 19:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Pakistanın sabiq kəşfiyyat rəhbərinə 14 il müddətinə həbs cəzası verilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Pakistanın keçmiş kəşfiyyat rəhbəri Feyz Həmid hərbi məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

    AzerVoice xəbər verir ki, ordunun cümə axşamı yayımladığı bəyanata görə, o, siyasətə müdaxilə də daxil olmaqla dörd müxtəlif maddə üzrə təqsirli bilinib. Bu qərar ölkənin ən nüfuzlu hərbi fiqurlarından birinin nadir məhkumluqlarından biri kimi qiymətləndirilir.

    Məlumata görə, Həmid 2019–2021-ci illərdə, hazırda həbsdə olan sabiq Baş nazir İmran Xanın dönəmində Pakistanın güclü Kəşfiyyat Xidmətinə (ISI) rəhbərlik edib və o zaman Xanın ən yaxın müttəfiqlərindən sayılırdı. O, ötən ilin avqustundan bəri həbsdə saxlanılır.

    Ordunun açıqlamasında qeyd olunub ki, ittihamlar siyasi fəaliyyətlərdə iştirak etmək, dövlətin təhlükəsizliyinə və maraqlarına zərər vurmaqla dövlət sirrləri haqqında qanunu pozmaq, səlahiyyətdən və dövlət resurslarından sui-istifadə, eləcə də şəxslərə əsassız zərər vurmaqdan ibarətdir. Hərbi məhkəmə keçmiş generalı bütün maddələr üzrə təqsirli bilsə də, işin detalları açıqlanmayıb. Hökmün “uzun hüquqi prosedurdan sonra” çıxarıldığı, Həmidin isə qərardan şikayət vermək hüququnun olduğu bildirilir.

    Keçmiş kəşfiyyat rəhbəri eyni zamanda 2023-cü ilin mayında İmran Xanın həbsi fonunda minlərlə tərəfdarın hərbi obyektlərə hücum etməsi ilə bağlı ayrıca istintaqa cəlb edilib. Pakistanın informasiya naziri Atəullah Tarar onun “qırmızı xətləri keçdiyini” və ölkədə xaos yaratmaq məqsədilə İmran Xanın partiyasına qeyri-rəsmi məsləhətçi kimi xidmət göstərdiyini bildirib.

    Həmidin vəkilləri və ailə üzvləri məsələ ilə bağlı şərh vermək imkanına malik olmayıb. İmran Xanın rəhbərlik etdiyi Pakistan Təhriqi-İnsaaf Partiyası isə “Reuters”in sorğusuna cavab verməyib. Sabiq baş nazir 2023-cü ilin avqustundan etibarən həbsdə saxlanılır.

    #İmran Xan #Pakistan ordusu #Pakistanın sabiq ISI rəhbəri 14 il həbsə məhkum edildi #Feyz Həmidə qarşı nadir hərbi məhkəmə hökmü #İmran Xanın keçmiş müttəfiqi siyasətə müdaxiləyə görə cəzalandırıldı #Бывший глава пакистанской разведки приговорён к 14 годам тюрьмы #Редкий судебный вердикт против генерала: Фаиз Хамид признан виновным #Союзник Имрана Хана осуждён за вмешательство в политику #Former Pakistan intelligence chief sentenced to 14 years in prison #Rare military verdict targets ex-ISI general #Ex-ally of Imran Khan convicted of political interference #Pakistan xəbərləri #ISI rəhbəri həbs #Feyz Həmid #hərbi məhkəmə #Pakistan siyasəti #Pakistan təhqiqat #siyasi müdaxilə ittihamları #dövlət sirri pozuntusu #Pakistan təhlükəsizlik böhranı #Pakistanın sabiq kəşfiyyat rəhbərinin həbsinin səbəbləri #Feyz Həmid kimdir #Pakistan ordusundakı daxili çaxnaşmalar #Пакистан #Фаиз Хамид #ИСИ #военный суд #Имран Хан #политическое вмешательство #Pakistan intelligence chief #Faiz Hameed sentenced #ISI trial #Imran Khan ally jailed
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Birləşmiş Krallıqda Milli Sağlamlıq Xidməti əməkdaşları üçün siyasi nişanların istifadəsi qadağan edilə bilər

    4 İyun 2026 22:42

    Riçard Nil: İranla müharibə amerikalı ailələrə baha başa gəlir

    4 İyun 2026 22:27

    Pakistan ordusunun komandanı Tehranda Pezeşkian və Əraqçi ilə görüşdü

    23 May 2026 15:33

    Küveyt və Pakistan hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib

    19 May 2026 19:53

    İran parlamentinin sədri Pakistan ordusunun komandanı ilə görüşüb

    16 Aprel 2026 15:16

    Pakistanın sabiq Baş nazirinə hökm oxundu

    20 Dekabr 2025 11:53

    İmran Xan kimdir?

    20 Noyabr 2024 20:49

    İmran Xan azadlığa buraxılıb

    20 Noyabr 2024 20:42

    Pakistan hökuməti İmran Xanın partiyasını qadağan etmək istəyir

    15 İyul 2024 17:16

    İmran Xan daha 14 il müddətinə həbs olunub

    31 Yanvar 2024 10:31

    İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib

    30 Yanvar 2024 12:44

    Pakistanda İmran Xana dəstək verən etirazçılar həbs edilib

    29 Yanvar 2024 09:36
    XƏBƏR LENTİ

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    Bu gün altıgünlük müharibə başladı

    720 at güclü AC Cobra GT təqdim olundu

    Tarixdə bu gün - 5 İyun

    Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    Birləşmiş Krallıqda Milli Sağlamlıq Xidməti əməkdaşları üçün siyasi nişanların istifadəsi qadağan edilə bilər

    Riçard Nil: İranla müharibə amerikalı ailələrə baha başa gəlir

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    Hizbullah İsrail tankını Bofor qalası yaxınlığında məhv etdiyini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.