Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Anqoladakı iğtişaşlarda 4 nəfər həlak olub

    29 İyul 2025 18:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Anqoladakı iğtişaşlarda 4 nəfər həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Anqolanın paytaxtı Luandada taksi sürücülərinin yanacaq qiymətlərinin azaldılması tələbi ilə keçirdiyi nümayiş zamanı baş verən iğtişaşlar nəticəsində azı dörd nəfər həlak olub.

    AzerVoice xəbər verir ki, bu barədə "Jornal de Angola" qəzeti məlumat yayıb.

    Məlumata görə, iğtişaşlar zamanı 45 mağaza qarət olunub, bank və ofis binalarına ziyan dəyib. Həmçinin avtobuslar və avtomobillər zədələnib.

    Bildirilib ki, 500 nəfər vandallıq aktlarında iştirak etdiklərinə görə həbs edilib.

    Etiraz aksiyalarına səbəb bu ayın ortalarında hökumətin yanacaq subsidiyalarını ləğv etməsi nəticəsində dizel və benzinin qiymətinin 30 faiz artması olub.

    Qeyd edək ki, yanacaq qiymətlərinin artırılmasına qarşı ilk böyük etiraz aksiyası iyulun 12-də Luandada keçirilib. Polis aksiyanı dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 28 iyul tarixində keçirilən aksiya isə genişmiqyaslı iğtişaşlara çevrilib. Nizamı bərpa etməyə çalışan polis və təhlükəsizlik qüvvələri Luandanın mərkəzi rayonlarında havaya atəş açıblar.

    Son günlər etirazçılar tələblərini artırıblar. Yanacaq qiymətlərinin azaldılması ilə yanaşı, onlar kommunal xərclərin dondurulmasını, elektrik və su qiymətlərinin aşağı salınmasını və dövlət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını tələb edirlər. Etirazlara tələbələr də qoşulub, təhsil haqlarının azaldılmasını istəyirlər.

    #Anqola #Anqola etiraz #Luanda iğtişaşları #Yanacaq qiymətləri Anqola #Anqolada taksi sürücüləri etiraz #Anqola polis müdaxiləsi #Dizel və benzin bahalaşması #Etirazda ölənlər #Luandada qarət və dağıntı #Anqola nümayiş #Tələbə etirazları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-nin hücumları xalqın birliyini daha da gücləndirib - İran XİN

    18 İyul 2026 12:26

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    18 İyul 2026 11:50

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    18 İyul 2026 10:16

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    17 İyul 2026 22:45

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    17 İyul 2026 22:20

    Hörmüz böhranı fonunda Hindistan neft idxalını Latın Amerikası və Afrika ölkələrinə yönəldir

    25 May 2026 18:52

    Azərbaycan və Anqola diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv etdi

    26 Sentyabr 2025 09:48

    Avqustda Türkiyədə 215 minədək nəqliyyat vasitəsi qeydiyyata alınıb

    23 Sentyabr 2025 12:00

    Ərdoğan Yeni Zelandiya, Anqola və ABŞ səfirlərini qəbul edib

    14 May 2025 17:47

    Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

    13 Noyabr 2024 17:36

    Anqolanın çıxmasından sonra OPEK-in dağılması perspektivləri qiymətləndirilir

    24 Dekabr 2023 07:00

    Anqola OPEC-dən çıxdığını elan edib

    22 Dekabr 2023 02:00
    XƏBƏR LENTİ

    Apple yenidən dünyanın ən bahalı şirkəti oldu

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

    ABŞ-nin hücumları xalqın birliyini daha da gücləndirib - İran XİN

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    “Mütəxəssislərin bir nömrəli seçimi” reklamları həqiqətən təsirlidirmi? Marketinqdə etibar faktorunun rolu

    Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.