Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Katolik dünyası yeni papa seçimindədir

    7 May 2025 11:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Katolik dünyası yeni papa seçimindədir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Katolik dünyası yeni papa seçiminin astanasındadır.

    AzerVoice xəbər verir ki, Papa Fransiskin vəfatından sonra Katolik kilsəsində yeni ruhani liderin seçilməsi üçün konklav prosesi rəsmən başlayıb.

    Vatikanın Sikstin kapellasında keçirilən səsvermədə 133 kardinal iştirak edir. Məxfi şəkildə keçirilən bu prosesdə mobil telefon siqnalları bloklanıb və kardinallar sükut andı içiblər.

    Yeni papa gündə maksimum dörd səsvermə ilə müəyyən olunacaq. Seçim üçün namizədin üçdə iki səs çoxluğu qazanması tələb olunur. Seçim baş tutduqda, Sikstin kapellasının bacasından ağ tüstü qalxacaq və Müqəddəs Pyotr Bazilikasının eyvanından “Habemus Papam” – “Bizim Papamız var” elan ediləcək.

    Namizədlər arasında Vatikanın ikinci adamı hesab edilən Pietro Parolin, islahatçı mövqeyi ilə tanınan filippinli Luis Taqle, amerikalı Robert Prevost, mühafizəkar avropalı Peter Erdo və Afrikanın tanınmış nümayəndəsi Peter Turkson kimi güclü adlar var. Xüsusilə Taqle və Turksonun seçilməsi Katolik dünyasında coğrafi və siyasi baxımdan yeni istiqamətlərin göstəricisi ola bilər.

    Qeyd edək ki, Papa Fransiskin dövründə həyata keçirilən islahatların yeni papa tərəfindən davam etdirilib-etdirilməyəcəyi sualı hələ də açıq qalır. Müşahidəçilər bildirir ki, Frensis tərəfindən təyin edilmiş kardinalların çoxluğu bu seçkidə həlledici rol oynaya bilər.

    #Roma papası #Papa Fransisk #Vatikan #Papa Fransisk vəfat etdi #Katolik Kilsəsində papa dəyişikliyi #Vatikan rəsmi açıqlaması #Yeni seçiləcək Papa #2025 Vatikan konklavı #papa seçkisi prosesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

    20 Avqust 2026 18:44

    Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    9 İyul 2026 16:39

    Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb

    3 İyul 2026 22:52

    Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb

    25 İyun 2026 21:22

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    25 İyun 2026 20:44

    Vatikanın yaranmasından 97 il ötür

    7 İyun 2026 03:00

    Tramp Papa 14-cü Leonu tənqid edib, Vatikanla gərginlik artıb

    6 May 2026 11:06

    Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib

    1 May 2026 13:12

    Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

    30 Aprel 2026 18:16

    İnsan Qardaşlığı Sənədi nədir onu kimlər və nə zaman imzaladı?

    26 Aprel 2026 09:18

    Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?

    21 Aprel 2026 10:00

    Tarixdə bu gün – 21 Aprel

    21 Aprel 2026 00:01
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.