Bakı. AzerVoice:
Ukrayna üçün 225 milyon dollarlıq əlavə paket imzalanıb.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vlodomir Zelenski ilə görüşü zamanı deyib.
Zelenski Fransanın paytaxtı Parisdə ABŞ prezidenti Co Bayden ilə görüşüb.
İki lider Ukraynanın müdafiə qabiliyyətini və təhlükəsizlik sahəsində ikitərəfli sazişin imzalanmasına hazırlıq prosesini müzakirə ediblər.
Baydenə cəbhə xəttindəki vəziyyətlə bağlı ətraflı məlumat verən Zelenski, Ukraynanın Rusiyanın gündəlik hücumlarına qarşı özünü effektiv müdafiə etmək üçün Rusiyadakı hərbi hədəfləri vura bilməsi lazım olduğunu qeyd edib.
Zelenski Xarkov vilayətinin müdafiəsinin gücləndirilməsinin və ABŞ-a hərbi yardımın çatdırılmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bayden Ukraynaya dəstəyini davam etdirəcəklərini ifadə edərək, ABŞ Konqresinin Ukraynaya yardım qərarından sonra yenisi də daxil olmaqla 6 yardım paketinin açıqlandığını bildirib.
Hafiz Rufizoğlu