Bakı. AzerVoice:
İran prezidenti İbrahim Rəisinin ölümündən sonra ölkədə fövqəladə vəziyyət elan edilib.
AzerVoice bu barədə İran mediasına istinadən xəbər verir.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilib. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.
İranın rəsmi dövlət agentliyi İRNA bu gün İbrahim Rəisi və onu müşayiət edən heyətin həlak olduğunu bildirib.