Bakı, AzerVoice:
ABŞ Dövlət Departamenti Ukraynaya 400 milyon dollar dəyərində silah və avadanlıq paketi göndərəcək.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.
Yardım paketinə “Stinger” zenit sistemləri, yüksək hərəkət qabiliyyətinə malik artilleriya, zirehli maşınlar, tank, silah sursatlar və çoxlu sayda hərbi texnika daxildir.
“ABŞ Ukraynanın azadlığını müdafiə etməkdə davam edəcək”, - deyə ABŞ XİN-nin bəyanatında qeyd olunub.