BAKI, AzerVoice
Konqo Demokratik Respublikasında 21 yanvarda yayılmağa başlayan naməlum bir xəstəlik səbəbindən ümumilikdə 419 yoluxma halı aşkarlanıb.
AzerVoice xəbər verir ki, xəstəlik nəticəsində 53 nəfər həyatını itirib.
ÜST-ün Afrika Bürosu bildirib ki, ilk yoluxma halları Boloko qəsəbəsində 3 uşağın yarasa dişləməsi nəticəsində qanamalı qızdırma simptomları göstərərək 48 saat ərzində ölməsindən sonra aşkarlanıb. İkinci yoluxma dalğası isə 9 fevralda Bomate qəsəbəsində meydana gəlib. Bikoro Xəstəxanasının həkimi Serge Nqalebato, əksər hallarda simptomların başlanğıcı ilə ölüm arasında olan 48 saatlıq qısa müddətin narahatlıq doğurduğunu bildirib.
Xatırladaq ki, ötən il ölkənin başqa bir bölgəsində onlarla insanın ölümünə səbəb olan sirli, qripə bənzər xəstəliyin böyük ehtimalla malyariya olduğu açıqlanmışdı.