Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Etna vulkanının püskürməsi hava nəqliyyatında problemlərə səbəb olub

    17 Fevral 2025 13:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Etna vulkanının püskürməsi hava nəqliyyatında problemlərə səbəb olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    İtaliyanın Siciliya adasındakı aktiv vulkan olan Etna dağından külün atılmasının hava nəqliyyatında axsamalara səbəb olduğu bildirilir.

    AzerVoice xəbər verir ki, Etnada davam edən püskürmə fəaliyyəti və eyni vaxtda atmosferə vulkanik kül emissiyası səbəbiylə vulkanın cənub-qərbindəki hava məkanının müəyyən bir vaxta qədər uçuşlara bağlandığı bildirilib.

    Açıqlamada qeyd olunub ki, hazırda Kataniya Hava Limanından uçan reyslər üçün heç bir məhdudiyyət yoxdur, lakin sərnişinlərdən uçuşların vəziyyətini yoxlamadan hava limanına gəlməmələri xahiş olunur.

    Son 24 saatda Kataniya Hava Limanından 32 uçuşun başqa hava limanlarına yönləndirildiyi, Lufthansa və Easyjet kimi hava yollarının da Kataniyaya uçuşlarının bir qismini ləğv etdiyi bildirilib.

    Bu arada Etnanın püskürdüyü sıx kül səbəbindən vulkanın ətrafındakı yaşayış məntəqələrində vulkanik kül yağışlarının yaşandığı qeyd edilib.

    Son səkkiz gün ərzində Etna vulkanının müxtəlif nöqtələrində lava axını, "Yeni Ağız" və "Cənub-Şərq" kraterlərində kül və lava atılması kimi müxtəlif vulkanik fəaliyyətlər müşahidə olunub.

    Qeyd edək ki, şiddətli kül və lava püskürmələri kimi vulkanik fəaliyyət sonuncu dəfə 2024-cü ilin yayında Avropa qitəsinin ən yüksək aktiv vulkanı olan Siciliya adasındakı Etna dağında müşahidə edilib.

    #Etna vulkanı #Siciliya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İtaliya İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək - Meloni

    8 İyul 2026 22:37

    Etna vulkanı püskürməyə və lava axınına davam edir

    28 Avqust 2025 09:54

    İtaliyanın Etna dağı vulkanı aktivləşib

    16 Avqust 2025 13:13

    Dünyanın ən uzun asma körpüsü 2032-də tamamlanacaq

    6 Avqust 2025 17:09

    Buzlaqlar əridikcə vulkanlar oyanır - qlobal təhlükəyə çevrilir

    14 İyul 2025 12:24

    Qlobal istiləşmə vulkanların fəallaşmasına səbəb ola bilər

    12 İyul 2025 16:00

    İtaliyada çoxsaylı meşə yanğınlarına müdaxilə edilir

    11 İyul 2025 11:17

    Etna dağı ilin ən şiddətli püskürməsini yaşayıb

    8 İyun 2025 14:00

    Etna dağı yenidən püskürüb

    2 İyun 2025 16:53

    Etna vulkanı yenidən püskürüb

    13 May 2025 15:40

    İtaliyadakı Etna dağı güclü kül və lava püskürür

    19 Aprel 2025 13:28

    İtaliyada Etna vulkanı aktivləşib

    4 Aprel 2025 12:42
    XƏBƏR LENTİ

    Süni intellekt infrastrukturu ilə bağlı ictimai narahatlıqlar nəzərə alınır - Blackstone rəhbəri

    Küveyt ordusu sərhədlərin qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb

    Kanada bazarlarında iqtisadi nikbinlik güclənir

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    Almaniyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

    Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

    Körfəz ölkələri və İordaniya İranın hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.