Bakı, AzerVoice
Avropa İttifaqı (Aİ) Gürcüstanla viza liberallaşdırılmasını qismən
dayandırıb.
AzerVoice xəbər verir ki, Aİ Şurası,
Brüsseldə toplanan xarici işlər nazirlərinin Gürcüstan ilə Aİ
arasında viza rejiminin sadələşdirilməsi sazişinin bəzi
hissələrinin dayandırılması barədə qərar qəbul etdiyini
açıqlayıb.
Bəyanatda qeyd edilir ki, bu qərar Gürcüstanın diplomatik və
rəsmi nümayəndələrinin Aİ-yə səfəri zamanı viza müraciəti
etmələrinə səbəb olacaq.
Həmçinin, Aİ-də keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə
iştirak edən Gürcüstan rəsmi nümayəndə heyətlərinin üzvlərinə,
Gürcüstan vətəndaşlarının regional hökumətlər və parlamentlərindəki
üzvlərinə və Konstitusiya Məhkəməsinin üzvlərinə təsir
göstərəcək.
Diplomatik pasport sahibləri də bu qərardan təsirlənəcək.
Bəyanatda həmçinin bildirilir ki, Gürcüstan vətəndaşları qısamüddətli səfərlər üçün Aİ-yə gediş-gəliş zamanı viza azadlığından yararlanmağa davam edəcəklər. Bu qərarın, AB-yə üzvlük danışıqlarını dayandıran və bu qərara etiraz edən Tbilisi administrasiyasına qarşı qəbul olunan tədbirlər çərçivəsində alındığı bildirilib.