Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Köklü media qurumlarımız qlobal vicdanın sözcülüyünü öz üzərinə götürürlər

    27 İyun 2024 16:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Köklü media qurumlarımız qlobal vicdanın sözcülüyünü öz üzərinə götürürlər
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, VOA

    Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Anadolu Agentliyində təşkil edilən "Müxbir: Rəqəmsal Dövrdə Jurnalistikanı Yenidən Düşünmək Forumu"ndakı çıxışında, "Əmin olun ki, bu gün bəzi dövlətlər Fələstini tanımağa qərar verirlərsə bu işdə, yaşanan soyqırım şəraitində öz peşə vəzifəsini yerinə yetirən jurnalistlərimizin, müxbirlərimizin də payı var." - deyib.

    VOA xəbər verir ki, yenilənmiş variantda nəşr olunan “Müxbir” kitabının illərin zəhmətinin məhsulu olduğunu xatırladan Fahrettin Altun, “Əslində illər əvvəl bu mühüm əsərin ortaya çıxmasında mənim də əməyim olmuşdu. Təbii ki o vaxtdan bəri bu kitab jurnalistika peşəsinin yeni ehtiyaclarına və çağırışlarına görə inkişaf etti və bu formanı aldı. "Müxbir" kitabı həm jurnalistika sahəsi həm də jurnalistika fakültələrinin tələbə və müəllim heyətinin gözləntilərini qarşılamağa yönəlmiş məlumat kitabıdır.", - deyə bildirib.

    Altun dünyada bir çox köklü media qurumlarının jurnalistikaya yatırdığı investisiyaları azaltmağa və sosial media mədəniyyətinə təslim olmağa başladığını vurğulayaraq "Bu kontekstdə bir çox Qərb köklü media qurumlarının böyük ölçüdə sosial medianı informasiya mənbəyi kimi qəbul etməyə başladığını və öz istiqamətlərini data jurnalistikası yerinə, məzmunu sürətlə dəyişən reklam lövhələrinə çevirdiyini görürük. Buna əmin olun ki bu, ölkəmizin köklü media qurumlarının müqavimət göstərdiyi və müqavimət göstərməyə çalışdığı bir prosesdir. Başda Anadolu Agentliyi və TRT olmaqla bu köklü media qurumları bir tərəfdən jurnalist peşəsinin xarakterik nümunələrini təqdim edir, digər tərəfdən də dünyada qlobal vicdanın sözcülüyünü öz üzərinə götürürlər.

    Baxın, indi “Müxbir” kitabından danışırıq. Bu yaxınlarda biz İsrailin dünyanın gözü qarşısında törətdiyi Qəzza Soyqırımından bəhs edən "Dəlil", "Şahid" kitablarının tanıtımını və "Dəlil" sənədli filminin premyerasını təqdim etdik. Əslində bunların hamısı, o cümlədən "Müxbir", "Dəlil" və "Şahid" kitabları eyni həqiqət və ədalət mübarizəsinin məhsuludur. Bu bir-birini tamamlayan səylərin, eyni peşəkar qayğıların və mənəvi dəyərlərin məhsuludur.", - deyə ifadə edib.

    Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində İsrailin Qəzzada başlatdığı soyqırım əməliyyatının başlamasından bəri iki istiqamətdə sıx səylər göstərildiyini xatırladan Altun, “Birincisi, İsrailin hücumlarının ən qısa zamanda dayandırılması və bölgədə humanitar böhrana son qoyulması üçün səy göstəririk. İkincisi isə İsrailin soyqırım və müharibə cinayətlərinin sənədləşdirilməsi və cəzalandırılması üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçirməyə çalışırıq.", - vurgulayıb.

    Bu iki səyin kəsişmə nöqtəsində həqiqətsevər türk mediasının çox həyati bir vəzifəni üzərinə götürdüyünü söyləməyi borc bildiyini ifadə edən Altun sözlərinə belə davam edib: "Qəzza başda olmaqla regional və qlobal böhran coğrafiyalarındakı jurnalistlərimiz, vəhşiliyin və humanitar böhranın bütün ölçülərinin görünməsi üçün işlərini canları bahasına edirlər. Qəzzadakı jurnalistlərin yayımladığı hər mülki qətliam xəbəri və vəhşilik görüntüsü ürəkləri parçalasa da, digər tərəfdən İsrailin hərbi cinayətlərini qeyd edir. Anadolu Ajansı, TRT və digər nüfuzlu, köklü media qurumlarımızın bu xarakterli reportajları, jurnalistika peşəsinə şərəf gətirməklə yanaşı həm də Türkiyənin diplomatik səylərini də dəstəkləyir.

    Əmin olun ki, əvvəllər Fələstini dövlət kimi tanımaqdan çəkinən bəzi dövlətlər bu gün Fələstini tanımağa qərar verirlərsə, bu işdə Türkiyənin diplomatik təşəbbüsləri ilə yanaşı, soyqırım və zülm şəraitində öz peşə vəzifəsini yerinə yetirən jurnalistlərimizin, müxbirlərimizin də payı var.

    Məsələn, başqa bir qaynar münaqişə zonasına, Rusiya-Ukrayna müharibəsinə nəzər yetirək. Orada da oxşar mənzərənin yarandığını görə bilərik. Məlum olduğu kimi Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən qısa zamanda ədalətli sülhün bərqərar olması üçün mübarizə aparır və bunu da sahib olduğu ədalətli yanaşma səbəbiylə hər iki döyüşən tərəfin nəzərində qazandığı etimad sayəsində davam etdirməkdədir. Ölkəmizin diplomatik səyləri və ədalətli yanaşmasının nəticəsi olaraq etimad elementinə çevrilməsi, Rusiya-Ukrayna müharibəsi zonasında çalışan jurnalistlərimizin öz peşələrini yerinə yetirərək ədalətli xəbər axınının təmin olunmasına da zəmin yaradıb.”

    Köklü media qurumlarının jurnalistika sahəsində daha konstruktiv və müsbət gündəmlərin təqibçisi və hətta qurucusu ola bildiyini ifadə edən Kommunikasiya İdarəsinin rəhbəri, “Məsələn, bu gün Türkiyə daha ədalətli bir dünya çağırışı ilə deyil eyni zamanda daha təmiz ətraf mühit, yaşana bilən bir dünya çağırışı ilə də qlobal arenada gündəmi müəyyən edən, proseslərə rəhbərlik edən bir ölkə mövqeyindədir.", - deyə bildirib.

    Altun jurnalistika peşəsində texniki və texnoloji yeniliklərə baxmayaraq bir qaydanın dəyişməz qaldığına inandığını ifadə edərək sözlərinə belə davam edib: "Jurnalistika, ilk növbədə həqiqətin arxasınca getmək və həqiqət uğrunda mübarizə aparmaqdır. Həqiqəti aşkar etmək həqiqətə çatmaqdır. Texnologiya nəyə nail olursa olsun, nəyi bacarırsa bacarsın insan ola bilməz. Daha yaxşı xəbərlər etmək üçün rəqəmsal texnologiyaların imkanlarından daha çox istifadə edəcəyik. Ancaq daha yaxşı xəbərlərlə daha çox insanı cəsarətli və dürüst olmağa təşviq edəcəyik".

    Köklü media qurumlarımız qlobal vicdanın sözcülüyünü öz üzərinə götürürlər
    #Türkiyə #media #Fahrettin Altun
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.