Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Qrenlandiya satılmır - Danimarka Baş Naziri

    3 Fevral 2025 16:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qrenlandiya satılmır - Danimarka Baş Naziri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Danimarkanın Baş Naziri Mette Frederiksen bu gün (bazar ertəsi) ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satıl almaq fikrinə cavab olaraq, “Qrenlandiya satılmır” deyib.
    Frederiksen Brüsseldə Avropa İttifaqı liderlərinin qeyri-rəsmi görüşü öncəsi "Qrenlandiya bu gün Danimarka Krallığının bir hissəsidir. Torpağımızın bir parçasıdır və satılmır" – deyə vurğulayıb.

    Tramp daha əvvəl Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək istədiyini, hətta Danimarkanı onu təhvil verməyə inandırmaq üçün hərbi və ya iqtisadi gücdən istifadə ehtimalını istisna etmədiyini bildirmişdi.

    Danimarkanın "Berlingske" və Qrenlandiyanın "Sermitsiaq" qəzetlərinin sifarişi ilə "Verian" agentliyi tərəfindən aparılan rəy sorğusuna əsasən, Qrenlandiya əhalisinin 85%-i ABŞ-ın bir hissəsinə çevrilmək fikrini rədd edib. Sorğuda iştirak edənlərin yalnız 6%-i ABŞ-a qoşulmağa müsbət yanaşdığını, 9%-i isə qərarsız olduğunu bildirib.

    Kopenhagen Universitetinin siyasi elmlər üzrə professoru Kasper Möller Hansen " Qrenlandiyalılar amerikalı olmaq istəmirlər və bu sorğu bunu açıq şəkildə göstərir"-deyib.

    Qrenlandiya hazırda tam suverenliyə nail olmaq üçün çalışır və müstəqillik məsələsi 6 aprelədək keçirilməsi planlaşdırılan yerli seçkilərin əsas mövzularından biri olacaq.

    Sorğunun nəticələrinə görə, Trampın Qrenlandiya ilə maraqlanmasını sakinlərin 45%-i "təhlükə", 43%-i isə "imkan" kimi qiymətləndirib, 12%-i isə mövzu ilə bağlı heç bir fikir bildirməyib.

    #Qrenlandiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Danimarkanın Baş naziri Ankarada Qrenlandiya ilə bağlı açıqlama verib

    8 İyul 2026 13:21

    Danimarka Qrenlandiya ilə bağlı mövqeyini bir daha açıqladı

    7 İyul 2026 20:48

    ABŞ Qrenlandiyada yeni hərbi bazalar yaratmaq istəyir

    12 May 2026 09:46

    Atlantik okeanı: Dərinliklərin gizli möcüzələri və maraqlı faktlar

    10 May 2026 02:00

    Qrenlandiya və ABŞ arasında "tibbi yardım" gərginliyi: Baş nazirdən sərt cavab

    23 Fevral 2026 09:50

    Danimarka kralı Trampın bəyanatları fonunda Qrenlandiyaya səfər edib

    19 Fevral 2026 12:25

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Qrenlandiya danışıqları fonunda Danimarkanın “dərman kartı” - Novo Nordisk ABŞ qarşısında nə qədər güclüdür?

    3 Fevral 2026 10:23

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    27 Yanvar 2026 21:33

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    24 Yanvar 2026 16:24

    Əsas məsələ Ukraynadır, Qrenland deyil - Rutte

    21 Yanvar 2026 16:56

    Avropa Qrenlandiya məsələsində təzyiqlərə boyun əyməyəcək - Makron

    21 Yanvar 2026 15:51
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.