Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar. Nekroloqda deyilir: "Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.

Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əziz oğlu Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltifedilib.

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə teatrın kollektivinə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd edilib: Əziz dostlar. Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıda fəaliyyət göstərən Rus Dram Teatrına göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. O, bu barədə Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının açılışında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.