Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb

    20 Yanvar 2026 21:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”-un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.

    AzerVoice xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “BlackRock” arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olundu.

    Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan “Global Infrastructure Partners” (GIP) arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunuldu. Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur. Niyyət protokoluna əsasən, ARDNF-nin “GIP” tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində “Global Infrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur. Azərbaycanda və ya ölkəmizlə əlaqəli infrastruktur aktivlərinə dair investisiya imkanlarının dəyərləndirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Niyyət protokolu Dövlət Neft Fondunun qlobal investisiya ekosistemində mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da genişləndirilməsinə və Azərbaycanın strateji əhəmiyyətli infrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarının formalaşdırılmasına töhfə verəcək

    Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi oldu.

    Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb
    Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb
    Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb
    Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb
    Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    12 İyun 2026 19:50

    Benyamin Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

    12 İyun 2026 18:17

    Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb

    12 İyun 2026 11:30

    Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

    12 İyun 2026 11:17

    Edi Rama Prezident İlham Əliyevə məktub göndərib

    11 İyun 2026 20:54

    Qambiya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    11 İyun 2026 20:51

    Albaniya Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib

    10 İyun 2026 18:47

    Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

    10 İyun 2026 11:56

    Panama Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    8 İyun 2026 18:33

    Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

    6 İyun 2026 11:30

    Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

    5 İyun 2026 19:27

    Portuqaliya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    5 İyun 2026 19:21
    XƏBƏR LENTİ

    Abbas Əraqçi Memorandumun imzalanmasının yaxın müddətdə olacağını deyir

    BMT-nin Qaçqınlar üzrə Agentliyi Qəzzada 70 əməkdaşını təhlükəsizlik səbəbi ilə işdən çıxarıb

    Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Sülh razılaşması təmin olunsa, Yaxın Şərq üçün böyük nailiyyət olacaq

    Tramp İrana sülh razılaşmasının detallarını yaydığı üçün etiraz edib

    Hizbullah hansı şəhərlərdə dron hücumları həyata keçirib?

    Tramp İrana qarşı razılaşma əldə etmək üçün təzyiq altındadır

    “Sarı Xətt”in genişləndirilməsi atəşkəsi pozur

    ABŞ ordusu Hörmüz boğazından keçməyə cəhd edən 136 gəmini saxlayıb

    Hücumların beynəlxalq hüquqla bağlı nəticələri nə ola bilər?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.