Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İştirakı boykot edilən İsrail “Avroviziya 2026” - da necə qarşılandı?

    13 May 2026 09:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İştirakı boykot edilən İsrail “Avroviziya 2026” - da necə qarşılandı?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    2026-cı il “Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində İsraili təmsil edən müğənni Noam Bettan səhnə çıxışı zamanı etirazla qarşılaşıb.

    VOA xəbər verir ki, müsabiqənin 70-ci yubiley tədbiri bu il Vyana şəhərində yerləşən “Viner Ştadthalle” arena kompleksində keçirilib. İlk yarımfinal zamanı səhnəyə çıxan İsrail təmsilçisi tamaşaçıların etirazı ilə üzləşib.

    Zalda iştirak edən bəzi şəxslər “Soyqırımı dayandırın” şüarları səsləndirib, Fələstin bayraqları qaldıraraq Qəzza əhalisi ilə həmrəylik nümayiş etdiriblər. Bildirilir ki, səsləndirilən şüarlar canlı yayım zamanı da eşidilib.

    Etirazçılar üzərlərində “Azad Fələstin” yazıları daşıyıb, bəzi şəxslər isə salon əməkdaşları tərəfindən zaldan çıxarılıb. Yarımfinal öncəsi də Vyana küçələrində İsrailin yarışmada iştirakına qarşı aksiyalar keçirilib və şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

    Müsabiqənin ilk yarımfinal mərhələsində 15 ölkə çıxış edib. Səsvermənin nəticələrinə əsasən Yunanıstan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva və Polşa final mərhələsinə yüksəlib.

    Portuqaliya, Gürcüstan, Monteneqro, Estoniya və San Marino isə yarışmanı tərk edib.

    Məlumata görə, ikinci yarımfinal mayın 14-də, final mərhələsi isə mayın 16-da keçiriləcək.

    Bəzi Avropa ölkələri isə İsrailin yarışmada iştirakına etiraz olaraq alternativ proqramlar yayımlayıb. Brüsseldə “Fələstin üçün birlik – soyqırıma səhnə yoxdur” adlı alternativ konsert təşkil olunub.

    Sloveniya Radio və Televiziyası isə “Fələstinin səsləri” adlı xüsusi yayım çərçivəsində Qəzzadan bəhs edən sənədli filmlər nümayiş etdirib.

    Digər tərəfdən, İsrail təmsilçisi Noam Bettanın “İsrailə 10 dəfə səs verin” çağırışı etdiyi videolar da müzakirələrə səbəb olub. “Avroviziya” müsabiqəsinin direktoru Martin Qrin bunun yarışma qaydalarına zidd olduğunu bildirib və İsrailin ictimai yayım qurumuna rəsmi xəbərdarlıq göndərildiyini açıqlayıb.

    Xatırladaq ki, Avropa Yayım Birliyi Rusiyanı 2022-ci ildən müsabiqədən uzaqlaşdırsa da, İsrailə qarşı eyni qərarı qəbul etməməsi səbəbindən “ikili standart” tənqidləri ilə üzləşib.

    Bu qərardan sonra İspaniya, Sloveniya, İrlandiya, İslandiya və Niderland yarışmanı boykot etmək qərarı verib.

    Bundan əlavə, 2024-cü il “Avroviziya” qalibi olan İsveçrəli sənətçi Nemo və 1994-cü ilin qalibi Charlie McGettigan də İsrailin iştirakına etiraz olaraq mükafatlarını geri qaytaracaqlarını açıqlayıblar.

    #Fələstin dəstəyi #Qəzza böhranı #Avroviziya 2026 #İsrail etirazları #Vyana yarışması #Noam Bettan #Avropa Yayım Birliyi #Avroviziya boykotu #İsrail əleyhinə aksiyalar #Martin Qrin #Fələstin bayraqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    2 Sentyabr 2026 20:43

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    2 Sentyabr 2026 16:13

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    Türkiyə nazirinin Qüds valisi olmaq arzusu İsraildə gərginlik yaradıb

    8 İyun 2026 14:56

    Netanyahu ABŞ-də artan İsrail əleyhdarlığına görə Pakistanı günahlandırıb

    12 May 2026 16:41

    Qəzzada humanitar böhran dərinləşir - 17 minə yaxın yoluxma qeydə alınıb

    25 Aprel 2026 17:39

    BMT İsrailin fələstinli qaçqınlar üzrə agentliyə qarşı addımlarını pisləyib

    30 Dekabr 2025 20:13

    İstanbulda İsrailə qarşı yürüş başlayıb

    9 Avqust 2025 22:08

    Misirdə Toplaşan Fəallar Qəzzaya Doğru Yürüşə Hazırlaşır

    12 İyun 2025 15:39
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.