Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail daxildən dağılır – Ehud Barakdan sərt xəbərdarlıq

    8 Noyabr 2025 12:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail daxildən dağılır – Ehud Barakdan sərt xəbərdarlıq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Keçmiş baş nazir Ehud Barak İsrailin dağılma təhlükəsi ilə üz-üzə olduğunu və vəziyyətin artıq “geri dönmə nöqtəsi”nə çatdığını bildirib. Onun fikrincə, adi tədbirlər artıq təhlükəni aradan qaldırmağa yetərli deyil və hökumətin “qanunu gözardı edən, dövlət maraqlarına zidd hərəkət edən üsyankar” koalisiyasına qarşı ciddi addımlar atılmalıdır.

    AzerVoice xəbər verir ki, Barak «Haaretz» qəzetində dərc olunmuş məqaləsində israillilərin iki seçim qarşısında olduğunu yazır: ya İsrail elan-edilən müstəqillik prinsiplərinə hörmət edən yəhudi-sionist demokratik dövlət olaraq qalacaq, ya da tədricən irqçi və avtoritar dini sistemə çevriləcək ki, bu da sionizm dəyərlərini və dövlətin özünü məhv edəcək.

    O, Baş nazir Netanyahunun siyasətini qanuna qarşı üsyan, institut norma və standartlarından qəsdən imtina, hakimiyyətə qarşı nifrət və ali məhkəməyə hörmətsizlik, büdcənin boşaldılması və “sistemin sökülməsi” istiqamətində addımlar kimi qiymətləndirib. Barak bildirir ki, bu proses daxili təhlükəsizliyi ciddi şəkildə təhdid edir və vətəndaşlar təxirəsalınmaz tədbirlər görməlidir.

    Barak sülhpərvər vətəndaş itaətsizliyi hərəkatı başlatmağı təklif edib

    O, sionist müxalifətin altı liderinə çağırış edərək Knessetin iclaslarının dayandırılmasını, qanunvericilik binası ətrafında çadırlarda müxalifət deputatları ilə birlikdə oturaq aksiyalar təşkil edilməsini və vətəndaşların davamlı ümumi tətilə dəvət edilməsini tövsiyə edir.

    Həmçinin Barak sənaye və işçi birlikləri, texnologiya sektoru, akademik dairələr, yerli administrasiyalar, təhsil və səhiyyə qurumları, kibbutz və sionist gənclik hərəkatlarının rəhbərləri ilə əməkdaşlıq çərçivəsində ölkənin bağlanmasının həyata keçirilməsini təklif edir.

    Hüquqi istiqamətdə isə Barak Baş prokurordan xahiş edib ki, cinayət məhkəməsinin işində adı hallanan Baş nazir Binyamin Netanyahunu vəzifəyə “uyğun olmayan” şəxs elan etsin. O, həmçinin Şabak rəhbərindən eyni hüquqi əsaslar əsasında baş nazirin uyğunluğuna dair rəy verməyi tələb edir və Ali Məhkəmədən əvvəlki bir qərarın (ciddi ittihamlarla üzləşmiş namizədə namizədlik hüququnu tanıyan qərarın) yenidən nəzərdən keçirilməsini xahiş edir.

    Barak məqamın kəskin olduğunu, təslim olmağın mümkünlüyünü vurğulayaraq, effektiv və aktiv qəzəbin vacibliyini bildirib.

    #Ehud Barak #sionizm #İsrail cinayətləri #Sionist Agentlik #Sionizmə qarşı çıxış #Suriya sionist münaqişəsi #Şam sionizm əleyhdarları #Sionist genişlənmə planları #Əmək Sionizmi hərəkatı #İsrail əsgərlərinin baraklarda taxtabiti və qaşınma problemi #Sionist hərəkat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    ABŞ Senatında demokratlardan İsrailə silah satışına "yox": Səsvermənin təfərrüatları

    16 Aprel 2026 06:03

    Epşteyn sənədləri yayımlandı - Bill Klinton, Maykl Cekson və başqaları...

    20 Dekabr 2025 10:22

    İsrailin öldürdüyünü elan etdiyi “Qəssam” rəhbəri haqqında nə bilinir?

    14 Dekabr 2025 10:03

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulacaq - Tramp

    7 Noyabr 2025 07:22

    Bu gün Balfur Bəyannaməsi məktubu yazıldı

    2 Noyabr 2025 01:29

    Bu gün İsrail Misirə hücum etdi

    29 Oktyabr 2025 00:30

    Avropadakı sui-qəsdlərin arxasında İranın yüksək rütbəli komandiri dayanır -İsrail

    27 Oktyabr 2025 09:00

    Şəmxaninin ailə videosunu kim yayıb...?

    22 Oktyabr 2025 10:15

    İsrail hədəflərinə çata bilmədi? - Bəs HƏMAS nə qazandı?

    19 Oktyabr 2025 12:05

    ABŞ atəşkəsin pozulmasında işğalçını deyil, qurbanı ittiham edir - HƏMAS

    19 Oktyabr 2025 11:38
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.