Keçmiş baş nazir Ehud Barak İsrailin dağılma təhlükəsi ilə üz-üzə olduğunu və vəziyyətin artıq “geri dönmə nöqtəsi”nə çatdığını bildirib. Onun fikrincə, adi tədbirlər artıq təhlükəni aradan qaldırmağa yetərli deyil və hökumətin “qanunu gözardı edən, dövlət maraqlarına zidd hərəkət edən üsyankar” koalisiyasına qarşı ciddi addımlar atılmalıdır.
#Sionist hərəkat
1917-ci il noyabrın 2-də Böyük Britaniyanın xarici işlər naziri Artur Ceyms Balfur Britaniyanın tanınmış yəhudi əsilli vətəndaşı, baron Lionel Valter Rotşildə məktub göndərərək hökumətin Fələstində yəhudi xalqı üçün milli vətən yaradılmasını dəstəklədiyini bəyan etdi. Bu məktub sonradan “Balfur Bəyannaməsi” adı ilə tarixə düşdü.