Baş xəbər

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb. Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

İrana qarşı müharibənin qızışması, bununla müşayiət olunan Amerika və İsrail hücumları və İranın raket cavabları fonunda Körfəz bölgəsi misli görünməmiş təhlükəsizlik çağırışları ilə üzləşir. Son həftələrdə artan gərginlik sübut etdi ki, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri öz həyati maraqlarını qorumaq üçün tamamilə böyük güclərə bel bağlaya bilməzlər. Həyati əhəmiyyətli dəniz boğazları, limanlar, neft obyektləri və qida tədarük zəncirləri gündəlik təhdidlərlə üzləşir, eyni zamanda İranın hər bir addımı və ya ABŞ və İsrailin cavabı bölgədəki qeyri-sabitlik risklərini daha da artırır.

22 Ramazan tarixi İslam tarixində suverenliyin və bəyanın cizgilərini müəyyən edən həlledici dönüşlərlə doludur. Hicrətin 2-ci ilində (mart 624) məhz bu gün Peyğəmbərin (s.ə.s) "Böyük Bədr qəzvası"ndan sonra Mədinəyə qayıdışı sadəcə ötəri bir hərbi hərəkət deyil, "zəiflik mərhələsi"nin sona çatdığını və "suverenlik" sübhünün doğduğunu bildirən strateji bir elan idi.

1. 2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasında, Bakıda görüşmüşlər. 2. Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olundu. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunuldu və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulandı.

Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyantında bildirib.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq, 6 milyon 879 min 42 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azalaraq, 3 milyon 725 min 22 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.