İraq Səudiyyə Ərəbistanı və İran arasında vahid təhlükəsizlik üzrə əlaqələndirmə şurasının yaradılmasını təklif edib. Bağdad təşəbbüslə iki ölkə arasında etimadsızlığın azaldılmasını və regional təhlükəsizlik üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Bu barədə İraqın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasim Əl-Ərəci açıqlama verib. Onun sözlərinə görə, təklif həm İran, həm də Səudiyyə Ərəbistanına təqdim olunub. Təşəbbüsün detalları isə açıqlanmayıb və Riyadla Tehran tərəfindən hələlik rəsmi münasibət bildirilməyib.
Baş xəbər
ABŞ-da birjaya çıxarıldıqdan sonra “SpaceX” şirkətinin dəyəri trilyonlarla dollarla ölçülsə də, şirkətin son maliyyə göstəricilərində milyardlarla dollar xalis zərər qeydə alınıb. Bu ziddiyyət ABŞ və Çin iqtisadiyyatlarında şirkətlərin necə maliyyələşdirildiyi və qiymətləndirildiyi ilə bağlı fərqli modelləri gündəmə gətirib.
Hadisə bombardmandan bir neçə gün əvvəl başladı. İsraillilər amerikalılara kəşfiyyat məlumatlarına əsasən Türkiyənin Əbu əz-Zühur bazasında hərbi vasitələr yerləşdirmək üçün hərəkətə keçdiyini bildirdilər. Vaşinqton məsələni araşdırdı və cavabında əlindəki məlumatların Təl-Əvivin iddialarını təsdiqləmədiyini bildirdi. Bundan sonra Amerika İsrailin narahatlığını aradan qaldırmaq və eskalasiyanın qarşısını almaq üçün "Mossad", Dəməşq və Ankara arasında təmaslara vasitəçilik etdi. İki gün sonra Suriyanın Xarici İşlər naziri Əsəd əş-Şeybani ABŞ nümayəndəsi Tom Barak ilə İstanbulda görüşdü. Həmin vaxt ölkənin mərkəzində, Tədmur yaxınlığındakı bazanın vurulmasından əvvəl olduğu kimi, böhranın yatırılacağı ehtimal edilirdi. Hətta ilin əvvəlindən dayandırılmış Suriya-İsrail danışıqlarının yenidən bərpa olunacağı və ümumi təhdidlərə qarşı kəşfiyyat məlumatlarının mübadiləsi üçün Əmmanda yaradılmış "Əlaqələndirmə Mərkəzi"nin inkişaf etdiriləcəyi düşünülürdü.
Xaricdən gələn zəvvarların sayı 5 milyon 769 min 271 nəfər təşkil edib. Onların 86 faizi hava yolu, 13.6 faizi quru yolu, 0.4 faizi isə dəniz yolu vasitəsilə Krallığa daxil olub. Ölkə daxilindən ziyarət edənlərin sayı isə 9 milyon 464 min 496 nəfər olub. Daxili zəvvarların 53.5 faizini qeyri-səudiyyəlilər təşkil edib; ümumi bölgüdə kişilər 66.2 faiz, qadınlar isə 33.8 faiz paya sahib olub.
Mavritaniyanın paytaxtı Nouakşotda iki elektrik yarımstansiyasında baş verən yanğınlar şəhərin geniş hissəsində elektrik enerjisinin kəsilməsinə səbəb olub və hadisənin səbəbləri ilə bağlı araşdırma tələblərini artırıb.
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub. Layihə ölkə iqtisadiyyatını, investisiya siyasətini, nəqliyyat sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modelidir. Layihə tam yekunlaşdıqdan sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Özbəkistan Prezidenti bəyanatla çıxış etdi.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə çay masası əsnasında təkbətək görüşü olub.
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib. Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim etdi.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.
Dünyanın ən uzunömürlü qadını hesab olunan Ethel Ketrham 117 yaşını qeyd edərkən uzun ömrünün əsas sirlərindən birinin mübahisələrdən uzaq durmaq olduğunu bildirib. 1909-cu il avqustun 21-də İngiltərənin Hempşir qraflığında anadan olan Ketrham 2025-ci ilin aprelində braziliyalı rahibə İna Kanabaro Lukasın 116 yaşında vəfatından sonra dünyanın ən yaşlı insanı titulunu əldə edib.
“Biz ikitərəfli münasibətlərimizi tarixdə mütləq ən yüksək səviyyəyə çatdırmışıq”, – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.