Baş xəbər

Amerikalı rejissor Christopher Nolan yaradıcılığında Qərb sivilizasiyasının dəyərləri, səhvləri və özünü tənqid etmə qabiliyyətini əsas mövzulardan birinə çevirib. Onun “Betmen” trilogiyasından başlayaraq “Dunkirk”, “Oppenheimer” və son filmi “Odisseya”ya qədər olan əsərlərində Qərbin gücü ilə yanaşı, onun tarixi məsuliyyəti və mənəvi ziddiyyətləri də araşdırılır.

ABŞ Prezidenti Donald Trampın siyasi xətti bir çox hallarda Amerika tarixində əvvəlki prezidentlərin ideyaları ilə paralellər yaradır. Onun gözlənilməz qərarları, milli maraqları ön plana çıxaran siyasəti, ticarət məhdudiyyətləri və geniş prezident səlahiyyətləri anlayışı XIX əsrdə yaşamış bəzi ABŞ liderlərinin siyasi irsi ilə əlaqələndirilir.

Dekolonizasiya anlayışının yalnız Qərb mərkəzli nəzəri çərçivələr daxilində deyil, qeyri-Qərb cəmiyyətlərinin tarixi təcrübəsi və yerli müqavimət nümunələri əsasında yenidən qiymətləndirilməsi çağırışları artır. Müasir sosial elmlərdə dekolonizasiya anlayışı əsasən İkinci Dünya müharibəsindən sonrakı dövrdə Avropadakı siyasi dəyişikliklər və London, Paris, Amsterdam kimi mərkəzlərdə formalaşan nəzəri məktəblər üzərindən izah edilir.

Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi insan alverinin qurbanları ilə bağlı 2026-cı il iyulun 30-na olan aktual statistik məlumatları açıqlayıb. Məlumata əsasən, 2026-cı ilin ilk 7 ayında Türkiyədə 162 nəfər insan alveri qurbanı kimi müəyyən edilib. Açıqlanan statistika 2005-ci ildən etibarən insan alveri qurbanlarının sayında baş verən dəyişiklikləri əks etdirir. Göstəricilər son illərdə insan alveri ilə bağlı aşkarlanan halların sayında dalğalanmaların olduğunu göstərir.

Boya istehsalçısı "Sherwin-Williams" şirkətinin xüsusi bir boz çaları var – "Agreeable Gray" (Razılaşdırılmış Boz). Boz rəngli divar heç vaxt yoldan ötənlərin başını döndərmir və ya kütlədə böyük həyəcan yaratmır, lakin çox vaxt insanı nə bezdirən, nə də məyus edən orta bir seçim tam olaraq ehtiyac duyulan şeydir. Yenilənmiş 2026 Toyota Corolla Cross Hybrid modelinin bütün mahiyyəti məhz bu fəlsəfə üzərində qurulub.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi NATO və digər mövcud ittifaqlara alternativ yaradılması məqsədi daşımır. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz CNN Türk telekanalına açıqlamasında bildirib ki, saziş hər hansı ölkəyə və ya bloka qarşı yönəlməyib və əsas məqsəd regional təhlükəsizliyi gücləndirməkdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı paylaşım edib. “Prezident İlham Əliyev müharibədə qalib gəldi, həm də sülhü qazandı! Vaşinqton Sülh Sammitindən bir il ötür”, - deyə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

Türkiyədə “Terrorsuz Türkiyə” prosesinin hüquqi əsasını formalaşdıracaq “Milli Həmrəyliyin və İctimai Bütünləşmənin Gücləndirilməsinə dair Qanun Təklifi” Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədliyyə Komissiyasında qəbul edilib. 12 maddədən ibarət qanun təklifi PKK/KCK terror təşkilatının fəaliyyətinə son qoyması və nəzarətində olan silah-sursatı təhvil verməsinin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməsindən sonra proses çərçivəsində həyata keçiriləcək hüquqi tədbirləri müəyyənləşdirir.

Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi 2026-cı il iyulun 30-na olan qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığı ilə bağlı aktual statistik məlumatları açıqlayıb. Məlumata görə, 2026-cı ilin ilk 7 ayında Türkiyədə 82 min 701 qeyri-qanuni miqrant saxlanılıb. Qurumun məlumatında qeyd olunub ki, təkrar qeydiyyatlar çıxıldıqdan sonra real göstərici 74 min 513 nəfər təşkil edib.