Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Keçmişdən Bu Günə Həcc Yolları

    16 May 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Keçmişdən Bu Günə Həcc Yolları
    Facebook Twitter LinkedIn Pinterest Email

    AzerVoice, Analitik Təhlil Mərkəzinin eksperti , ƏHMƏD SALİH HƏLƏBİ (MƏKKƏ)

    Həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərmək tarix boyunca həm şərəfli, həm də ağır bir məsuliyyət olub. Bu səbəblə, İslamın doğuşundan etibarən xəlifə və valilər Kəbəni ziyarət edən zəvvarlara xüsusi qayğı göstərmişlər. Xəlifə Ömər ibn Xəttab (r.a) şəxsən karvanların hazırlanması, su və digər zəruri infrastrukturun təmininə nəzarət edərdi.

    Dövlətin ərazisi böyüdükcə və zəvvarların sayı artdıqca, bu xidmətlər daha da sistemləşmiş və genişlənmişdir. Əməvilər və Abbasilər dövründə zəvvarlara xidmət göstərmək üçün karvan yolları boyunca istirahət məntəqələri, su ehtiyatları və qida təminatı yaradılmışdı. Ömər ibn Xəttab Mədinədə zəvvarlar üçün istirahət yerləri tikdirmişdi.

    Abbasi xəlifəsi Əbu Abbas əs-Səffah hicri 134-cü ildə (miladi 751-ci il) Kufə ilə Məkkə arasında məsafəni göstərmək üçün yol boyunca "mila" daşları və istiqamət nişanələri yerləşdirməyi əmr etmişdi. Onun varisi Əbu Cəfər əl-Mənsur isə yolda su anbarları və qalalar inşa etdirmişdi. Xəlifə Mehdi karvanlar üçün saraylar tikdirmiş, Harun ər-Rəşid isə yol boyu su quyuları qazdırmış və əlavə istehkamlar inşa etdirmişdi. Bu yolların davamlı nəzarətdə saxlanılması üçün valilər təyin edilirdi.

    Tarixi Həcc Yolları

    İslam tarixində əsasən aşağıdakı həcc yolları mövcud olub:

    • Şam həcc yolu
    • İraq həcc yolu
    • Bəsrə həcc yolu
    • Oman həcc yolu
    • Misir həcc yolu
    • Yəmən həcc yolu
    • Bəhreyn həcc yolu
    • “Səbu əl-Milaf” adlı səhralıq yolu (Nəcd və şərqi Ərəbistandan gələn zəvvarlar üçün)
    • Dərb Zübeydə – Kufədən başlayaraq Şimali və Mərkəzi Ərəbistan vasitəsilə Məkkəyə qədər uzanan məşhur yol

    Müasir Dövrdə Həcc Yolları və Giriş Nöqtələri

    Bu gün zəvvarlar Səudiyyə Ərəbistanına qonşu ölkələrdən 10 əsas quru yolu vasitəsilə daxil olurlar:

    Şərq istiqamətindən:

    • Küveyt zəvvarları:
      1. Xəfcə – Nəəriyyə – Ər-Riyad – Məkkə (1473 km)
      2. Rəqii – Həfr əl-Batən – Məcmə – Məkkə (1277 km)
    • BƏƏ zəvvarları:
      Bətəhə – Səlvə – Əl-Həfuf – Ər-Riyad – Taif – Məkkə (1514 km)
    • Qətər zəvvarları:
      Səlvə – Əl-Həfuf – Ər-Riyad – Taif – Məkkə (1385 km)
    • Bəhreyn zəvvarları:
      Kral Fahd körpüsü ilə Xubara keçib, Ər-Riyada, sonra Taif vasitəsilə Məkkəyə gedirlər (1320 km)

    Şimal istiqamətindən:

    • İordaniya zəvvarları:
      1. Halət Əmmar – Təbuq – Mədinə – Məkkə (1219 km)
      2. Hadisa – Əl-Qurayyat – Sakaka – Mədinə – Məkkə (1545 km)
    • İraq zəvvarları:
      Cədidə Ərər – Ərər – Sakaka – Mədinə – Məkkə (1579 km)

    Cənub istiqamətindən:

    • Yəmən zəvvarları:
      Vədiə – Nəcran – Əbhə – Məkkə (1372 km)
    • Oman zəvvarları:
      Rub əl-Xali – Ümməzzumül – Bətəhə – Səlvə – Əl-Həfuf – Məkkə (2150 km)

    Hava Yolları ilə Giriş

    Kral Əbdüləziz Beynəlxalq Hava Limanı (Ciddə) Məkkənin əsas hava giriş qapısıdır. Sahəsi 105 kv.km olan bu hava limanında zəvvarlar üçün 465.000 kv.m-lik xüsusi “Həcc terminalı” yaradılıb. Bu terminal eyni anda 80 min sərnişin qəbul edə bilir və özünün beş böyük çadır formasında bölməsi ilə fərqlənir. Çadırların damı fiberglas və teflon qarışığından hazırlanıb, hər biri 15 qübbədən ibarətdir. Bu terminal, ölçüsünə görə, dünyada dördüncü ən böyük sərnişin terminalıdır.

    Əl-Mədinə: 1945-ci ildə açılmış Şahzadə Məhəmməd bin Əbdüləziz Beynəlxalq Hava Limanı, Mədinəyə gələn zəvvarlar üçün vacib hava limanıdır.

    Dəniz Yolları ilə Giriş

    • Ciddə İslam Limanı zəvvarları dəniz yolu ilə qəbul edir. Burada müasir bərə terminalları, sərnişin salonları, yük daşıma sistemləri, çamadan arabaları və zəvvarlar üçün nəqliyyat vasitələri fəaliyyət göstərir.
    • Yənbu Ticarət Limanı və Dəbə Limanı da zəvvar qəbul edən əsas giriş nöqtələrindəndir. Bu limanlar zəvvarların gəlişini asanlaşdırmaq və xidmətləri artırmaq üçün təkmilləşdirilmiş infrastrukturla təmin olunub.
    Keçmişdən Bu Günə Həcc Yolları
    Keçmişdən Bu Günə Həcc Yolları
    Keçmişdən Bu Günə Həcc Yolları
    Keçmişdən Bu Günə Həcc Yolları
    Keçmişdən Bu Günə Həcc Yolları
    Keçmişdən Bu Günə Həcc Yolları
    #Məkkə #Həcc ziyarəti #Əhməd Hələbi #Həcc və Ümrə ziyarəti #Məkkə mədəni irsi #İslam tarixi Məkkədə #Məkkənin dini və tarixi məkanları #Həzrət İbrahimin izləri ilə Məkkə ekskursiyası #Məkkədə ümrə zamanı tarixi yerləri necə gəzmək olar #Ramazanda Məkkədə zəvvarlar hara gedə bilər? #Məkkənin dini və mədəni məkanları hansılardır? #Məkkədə İslam irsi #Həcc qaydaları #Həcc yolları #Həcc səfəri tarixi #Həcc karvanlar #Abbasi dövründə həcc #İslamda zəvvar xidmətləri #Həcc marşrutları #Həcc yollarının inkişafı #Həccə giriş yolları #Zəvvarların daşınması #Səudiyyə Ərəbistanına həcc yolları #Dərb Zübeydə #Şam həcc yolu #Misir həcc yolu #Kufə-Məkkə yolu #Həcc tarixində xəlifələrin rolu #Abbasilər və həcc yolları #Tarixi zəvvar yolları #Həcc 2025 yolları #Məkkəyə giriş yolları #Səudiyyə sərhəd keçidləri #Həcc üçün quru yollar #Kral Əbdüləziz hava limanı #Ciddə dəniz limanı #Müasir həcc logistika sistemi #İraqdan həcc
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam tarixinin ilk böyük fitnəsi: Həzrəti Osmanın xəlifəlik dövrü və şəhid edilməsinin pərdəarxası

    5 İyul 2026 16:00

    Həcc ziyarətinin ən dəhşətli faciələrindən biri necə baş verdi?

    2 İyul 2026 03:00

    Zümər suriəsi nədən bəhs edir?

    28 İyun 2026 06:00

    Məkkədə nəhəng şəhərsalma layihəsinə strat verildi

    25 İyun 2026 12:04

    Şura surəsi nədən bəhs edir?

    22 İyun 2026 00:25

    Xəlifə Əbu Bəkrin gizli dövlət strategiyası

    7 İyun 2026 16:00

    Qəzzalılar Həcc və Qurban ibadətində məhdudiyyətlərlə üzləşir

    20 May 2026 20:18

    İbrahim Məqamının Sirrləri: Quranda və Tarixdə Yeri

    20 May 2026 08:47

    Qurani-Kərimdə müqəddəs şəhər: Məkkə və Bəkkə adlarının mənası

    19 May 2026 22:00

    Çətinliklərlə yetkinləşən insan: Bələd surəsinin əsas qayəsi

    19 May 2026 16:11

    Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

    17 May 2026 18:12

    Öldürülərək cəsədi Dəcləyə atılan Abbasilər dövlətinin qurucusu və tarixin sirli qəhrəmanı Əbu Müslim Xorasani kimdir?

    10 May 2026 16:21
    XƏBƏR LENTİ

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.