Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Türk tarixinə işıq salacaq qazıntı işlərinə başlanılıb

    24 İyul 2024 13:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk tarixinə işıq salacaq qazıntı işlərinə başlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Monqolustanın Tuv şəhərində yerləşən Şovh Uul dağı və Tuul çayı hövzəsində yeni qazıntılar aparılır. Orta əsrlərdə köçəri türklərin məzarlarının müəyyənləşdirilməsinə yönəlmiş tədqiqatların nəticələri türk tarixində yeni səhifələr aça bilər.

    İstanbul Universitetinin, Monqolustan Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən qazıntı işləri türk mədəniyyəti üçün çox vacibdir.

    Layihənin Türkiyədən koordinatorları İstanbul Universitetindən Prof. Dr. Kürşat Yıldırım, Aydın Universitetindən Dos. Dr. Elvin Yıldırım və tədqiqatçı-həkim Şeyma Sapmanın da qazıntı qrupunda olduğu bildirilir.

    "Araşdırma nəticəsində birgə elmi məqalələr nəşr olunacaq. Qazıntı hesabatı iki dildə, monqol və türk dillərində olacaq. Türklərin tarix səhnəsinə çıxdığı dövrdən biz bunu Qazaxıstanda, Qırğızıstanda, Baykal gölündə, Altay və Tyan-Şan dağlarında, eləcə də Anadoluda görürük. Aparacağımız qazıntı keçmişin izlərinə işıq salacaq" ,- deyə Yıldırım bildirib.

    Yıldırım, eramızdan əvvəl 19-cu əsrə aid olduğu təxmin edilən qazıntı sahəsinin Tunc dövrünə aid olması ehtimalına da toxunub.

    Tarixçi Dos. Dr. Elvin Yıldırım isə Türk kitabələrinin Tula sahillərindəki Doqquz Oğuz yurdları haqqında məlumat verdiyini bildirib.

    "Bilgə Tonyukuk tayfasının vətəni Tula sahilləridir, bu ərazidə onun öz kitabəsi ucaldılıb. Belə tarixi məlumatlar bizə Tula sahillərinin V-VIII əsrlərdə salınmasından xəbər verir. Bu baxımdan qazıntı apardığımız kurqanın nəticələri tariximiz üçün böyük əhəmiyyət kəsb edir",- deyə o vurğulayıb.

    Türk tarixinə işıq salacaq qazıntı işlərinə başlanılıb
    Türk tarixinə işıq salacaq qazıntı işlərinə başlanılıb
    Türk tarixinə işıq salacaq qazıntı işlərinə başlanılıb
    #Türkiyə #Monqolustan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40
    XƏBƏR LENTİ

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu İlamda əməliyyat keçirib

    ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?

    Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

    Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib

    Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.