Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Şuşa sakinləri 32 ildən sonra Qurban bayramını öz doğma yurdlarında qeyd ediblər

    16 İyun 2024 13:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şuşa sakinləri 32 ildən sonra Qurban bayramını öz doğma yurdlarında qeyd ediblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA:

    Şuşa sakinləri 32 ildən sonra ilk dəfə Qurban bayramını öz doğma yurdlarında qeyd ediblər. Şuşaya yeni köçürülmüş sakinlər üçün qurbanlar kəsilib.

    VOA xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında yeni yaşayış kompleksinin həyətində sakinlər üçün qurbanlar kəsilərək paylanılıb. Tədbirdə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşada fəaliyyət göstərən müxtəlif orqanların rəhbərləri iştirak ediblər. Məntəqənin təşkil edildiyi ərazidə quraşdırılan müasir tələblərə cavab verən səyyar heyvan kəsimi çadırında qurbanlıq heyvanların kəsimi və satışı baytarlıq nəzarəti altında həyata keçirilir.

    Eyni zamanda, ərazidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası da fəaliyyət göstərir.

    Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə 16-17 iyun tarixlərini əhatə edən Qurban bayramı günlərində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndlərində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib.

    Qeyd edək ki, bu il ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.

    Şuşa sakinləri 32 ildən sonra Qurban bayramını öz doğma yurdlarında qeyd ediblər
    Şuşa sakinləri 32 ildən sonra Qurban bayramını öz doğma yurdlarında qeyd ediblər
    Şuşa sakinləri 32 ildən sonra Qurban bayramını öz doğma yurdlarında qeyd ediblər
    Şuşa sakinləri 32 ildən sonra Qurban bayramını öz doğma yurdlarında qeyd ediblər
    #Azərbaycan #Şuşa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    16 İyul 2026 10:48

    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yollanıb

    16 İyul 2026 09:19

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50
    XƏBƏR LENTİ

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    İran mediası Hörmüz boğazındakı gəmi hərəkəti barədə yeni rəqəmlər açıqlayıb

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    İsrail ordusunun Livanın cənubunda iki binanı dağıtdığı bildirilir

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.