Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Türk Mədəniyyəti və İrsi Fondu 41-ci Beynəlxalq İstanbul Kitab Fuarında təmsil olunacaq

    1 Noyabr 2024 18:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondu 41-ci Beynəlxalq İstanbul Kitab Fuarında təmsil olunacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Azərbaycan bu il Türkiyədə keçirilən 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində Fəxri Qonaq statusunda təmsil olunur.

    AzerVoice xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək tədbirdə görkəmli icimai-siyasi xadimlər, dövlət rəsmiləri, şair və yazıçılar, o cümlədən insəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti iştirak edir. Türk Mədəniyyəti və İrsi Fondu da Azərbaycan stendinin daxilindəki xüsusi stenddə öz nəşrlərini sərgiləyəcək. Qeyd edək ki, Fondun qurucu üzv dövləti olan Azərbaycan Respublikasının, Fondun digər qurucu üzv dövləti olan Türkiyə Respublikasında Fəxri Qonaq Statusunda təmsili olduqca böyük mədəni və tarixi hadisədir. O cümlədən Fond 41-ci İstanbul Kitab Sərgisində bir sıra kitab təqdimatları da təşkil edəcək.

    Belə ki, 03 noyabr 11:00–12:00-da Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Səninləyik Türkiyə” adlı şeir antologiyasının təqdimat mərasimi keçiriləcək. Kitabda Türk dünyasının görkəmli şairlərinin 6 fevral 2023-cü il tarixində Türkiyədə baş verən zəlzələyə ithaf etdikləri poetik əsərlər toplanıb. Tədbirin açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın sərgi iştirakçılarına ünvanlandığı məktub oxunacaq. Daha sonra Fondun aparat rəhbəri Fəxri Hacıyev nəşr haqqında fikirlərini bölüşəcək. Həmçinin tədbirdə şair Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn zəlzələyə həsr etdikləri şeirləri oxuyacaqlar. Kitabın tərcüməçisi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğludur.

    03 noyabr saat 17:00-da böyük türk mütəfəkkiri Süleyman Çələbinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türkcə və almanca nəşr edilən “Mövlid” kitabının təqdimat mərasimi baş tutacaq. Araşdırmaçı Orxan Arasın hazırladığı nəşr haqqında Fondun aparat rəhbəri Fəxri Hacıyev, şair Fərid Hüseyn və gənc araşdırmaçı Rəvan Cavid çıxış edərək fikirlərini bölüşəcəklər.

    04 noyabr 12:00–12:45-də isə Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi şair Vaqif Səmədoğlunun 85 illik yubileyi və Türkiyə türkcəsində nəşr olunan “Mən burdayam, İlahi” kitabının təqdimat mərasimi baş tutacaq. Təbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın təqdimat iştirakçılarına ünvanlandığı məktub səsləndirilcək, daha sonra isə Fondun aparat rəhbəri Fəxri Hacıyev nəşr haqqında, o cümlədən Fondun fəaliyyəti xüsusunda çıxış edəcək. Tədbirin davamında Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva-Vəkilova Vaqif Səmədoğlunun türkcə kitabının nəşri haqqında danışacaq.

    Şair Səlim Babullaoğlu, Qismət, Fərid Hüseyn və başqaları çıxışlar edərək Vaqif Səmədoğlunun Azərbaycan poeziyasındakı müstəsna rolunu şərh edəcəklər Nəşrin tərcüməçisi mərhum türkoloq, tərcüməçi Arif Acalov, redaktoru türkiyəli məşhur şair Adnan Özərdir.

    Qeyd edək ki, tədbirlərin hər biri TÜYAP Sərgi Mərkəzinin Beynəlxalq Salonunun Azərbaycan stendində keçiriləcək.

    #Türk Mədəniyyəti və İrsi Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

    28 Avqust 2026 16:52

    Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

    19 Avqust 2026 16:25

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

    18 Avqust 2026 14:04

    Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüşüb

    28 İyul 2026 15:02

    Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib

    27 İyul 2026 16:09

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

    3 İyul 2026 15:56

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    3 İyul 2026 12:25

    Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

    1 İyul 2026 13:56

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.