Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

    23 Yanvar 2024 13:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

    AzerVoice xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

    Sənədə əsasən, bu sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilib.

    Bu sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

    Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

    Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin noyabrın 21-də Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

    Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı

    Sıra №-siTədbirin adıİcra müddətiİcraçı orqanlar
    1234
    1.“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışı2024-cü ilmayMədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    2.İslam Dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi və bu çərçivədə:- Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının keçirilməsi;- “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin keçirilməsi;- “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının təqdimat mərasiminin təşkili;- “Şuşa - İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və müvafiq internet resurslarının təqdimatı;- Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkili2024-cü ilərzindəMədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
    3.İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarının keçirilməsi2024-cü ilərzindəMədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    4.İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş qərargahında Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin (konfrans, konsert, təqdimat, sərgi, film nümayişi, müsabiqə və s.) təşkili2024-cü ilərzindəMədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası
    5.İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”nin yaradılması və ilk görüşünün keçirilməsi2024-cü ilərzindəMədəniyyət Nazirliyi,Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    6.Mədəni irsin qorunması, İslam mədəniyyəti, habelə Azərbaycanın tarixini və incəsənətini əks etdirən mövzularda beynəlxalq və yerli əhəmiyyətli simpoziumların, elmi-praktiki tədbirlərin və konfransların təşkili2024-cü ilsentyabrAzərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    7.İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfransın və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalının təşkili2024-cü ilərzindəDövlət Turizm Agentliyi,Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    8.ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) böyük finalının Azərbaycanda keçirilməsi2024-cü ilmay-iyunMədəniyyət Nazirliyi,Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    9.Şuşada İslam ölkələrinin rəssamlarının və fotoqraflarının sərgi və düşərgəsinin təşkili2024-cü ilərzindəMədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    10.İslam ölkələrinin yaradıcı gəncləri arasında müxtəlif müsabiqələrin, o cümlədən vizual sənət növləri üzrə internet müsabiqəsinin keçirilməsi2024-cü ilərzindəElm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi
    11.Şuşada İslam ölkələrindən olan gənclərin iştirakı ilə ICESCO simulyasiya sessiyasının keçirilməsi, İslam ölkələrinin gəncləri üçün yay düşərgələrinin təşkili2024-cü ilərzindəGənclər və İdman Nazirliyi, Gənclər Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    12.Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı kütləvi idman tədbirlərinin keçirilməsi2024-cü ilərzindəGənclər və İdman Nazirliyi,Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    13.Şuşanın İslam mədəniyyətinə töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri haqqında sənədli filmin hazırlanması (müxtəlif dillərdə)2024-cü ilərzindəMədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
    14.İslam dünyasının aparıcı media nümayəndələrinin Şuşaya səfərinin təşkili2024-cü ilərzindəXarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Şuşa Şəhəri DövlətQoruğu İdarəsi
    15.Şuşanın tarixi abidələrini və onun İslam dünyasındakı rolunu özündə əks etdirən təbliğat materiallarının (nəşrlər, albomlar, məqalələr, kitablar, broşürlər, televiziya verilişləri, filmlər və s.) hazırlanması və beynəlxalq səviyyədə yayımlanması2024-cü ilərzindəAzərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
    16.“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanışı2024-cü ildekabrMədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
    #Əli Əsədov #Şuşa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

    13 İyul 2026 18:59

    Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

    10 İyul 2026 17:49

    Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

    1 İyul 2026 17:45

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib

    25 İyun 2026 18:59

    Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

    24 İyun 2026 19:59

    Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

    24 İyun 2026 18:26

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

    24 İyun 2026 13:00

    Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq artır - Əli Əsədov

    17 İyun 2026 10:23

    Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü

    16 İyun 2026 16:34

    Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

    22 May 2026 10:43

    Əli Əsədov Türkmənistana getdi

    21 May 2026 21:47
    XƏBƏR LENTİ

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    “Mütəxəssislərin bir nömrəli seçimi” reklamları həqiqətən təsirlidirmi? Marketinqdə etibar faktorunun rolu

    Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

    Uşaq geyimində “krop” trendi niyə yayılır? Marketinq mütəxəssisləri səbəbləri açıqlayır

    Bu gün Adolf Hitlerin “Mənim Mübarizəm” kitabının ilk cildi nəşr olundu

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.