Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Dövlətimizin başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Özbəkistan Prezidentinin burada olması dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.

ABŞ-ın İranın neft sektoruna tətbiq olunan sanksiyaların danışıqlar müddətində müvəqqəti dayandırılmasını qəbul etdiyi iddia edilir. Mənbə bildirir ki, Vaşinqton Tehranın neft sektoruna tətbiq olunan sanksiyaların müzakirələr dövründə dayandırılmasına razılıq verib və İran ilə ABŞ tərəfindən irəli sürülən təkliflərdə şərtlərin “bir-birinə yaxınlaşdığı” qeyd olunur.

Beşiktaş klubunda baş katib Sərdal Adalı ilə baş məşqçi Sərgən Yalçın arasında kritik görüş başa çatıb və Yalçın vəzifəsindən istefa edib. Qeyd olunur ki, Beşiktaş Süper Liqa mövsümünü 4-cü yerdə başa vurub, hədəf kimi müəyyən edilmiş Türkiyə Kuboku isə yarımfinal mərhələsində başa çatıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trendyol Süper Liqa 2025-2026 mövsümünün çempionu olan Qalatasaray Kulubunu qəbul edib. Qəbul zamanı Dursun Özbək Ərdoğana üzərində adı və “53” yazılmış Galatasaray formasını təqdim edib. Ziyarətdə həmçinin Gənclik və İdman Nazirliyi nümayəndələri və digər rəsmi şəxslər də iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub. dövlətimizin başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırladı, bu səfərin münasibətlərimizin möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd etdi. Prezident İlham Əliyev bu gün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu. Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini dedi. Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə minnətdarlığını bildirən İrakli Kobaxidze bu səfərin hər kəsdə dərin təəssüratlar oyatdığını vurğuladı. Qonaq Azərbaycan ilə Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını qeyd etdi və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəminə toxundu.

İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran heç bir gücə boyun əyməyəcək və ölkənin şərəfini rahatlıq və maddi maraqlar naminə fədakarlıq etməyəcək. Pezeşkian bildirib ki, ölkənin haqlarını müdafiə etmək üçün hər zaman məntiqli və sübutlara əsaslanan yanaşma tətbiq olunacaq

Mourinyonun Benfika ilə müqaviləsindəki bir bənd Real Madridə imkan verir ki, Liga Portugal mövsümünün başa çatmasından sonraki 10 gün ərzində hər iki tərəf müqaviləni üç milyon avro civarında ödənişlə ləğv edə bilsin. Portuqaliyalı məşqçi bildirib ki, bu müddəti düşünmək və analiz etmək üçün istifadə edəcək və əlavə olaraq Benfika tərəfindən təklif olunan müqaviləni də nəzərdən keçirir