Zahid, Haqqdan başqa hər şeyə bağlılığı azaldan, dünyaya həddindən artıq meyil göstərməyən insan deməkdir. Zahidlik (zöhd) dünyanı tamamilə tərk etmək yox, dünyanın insanın qəlbinə hökm etməsinə imkan verməmək anlayışına əsaslanır. Bu baxımdan zahid, həyatını dini və mənəvi dəyərlərə uyğun şəkildə tənzimləyən, maddi nemətləri məqsəd deyil, vasitə kimi görən şəxsdir.
İslam və Tarix
Livanda Şiə İslam Şurasının mərhum sədri, din xadimi Şeyx Məhəmməd Mehdi Şəmsəddin 1967-ci ildə tələbələri ilə danışığı uzun illərdən sonra yayınlanıb. “Əş-Şərq əl-Əvsət” qəzetinin yayınladığı məqalədə Şeyx Məhəmməd Mehdi Şəmsəddin şiə müsəlmanların İrana deyil, yalnız öz ölkələrinə bağlı olmaları tövsiyyə olunmaqla yanaşı, İranın şiə müsəlmanlara yönəlik siyasəti də tənqid edir. Mətnin tam variantı mərhum alimin oğlu İbrahim Məhəmməd Mehdi Şəmsəddin tərəfindən “Livan şiələri və ərəb şiələri – başqaları ilə münasibət və özünlə münasibət” adlı kitabda nəşr olunacaq. “Əş-Şərq əl-Əvsət” bu dialoqu Şəmsəddinin vəfatının 25-ci ildönümü münasibətilə yayımlayıb.
Əvvəlcə qeyd edək ki, Hz. Peyğəmbərimizin (s.ə.s.) Çin ölkəsinə elçi göndərdiyinə dair etibarlı bir rəvayət mövcud deyil. Bu cür məlumatların Hz. Osman (r.a.) dövrünə aid olması ehtimal edilir. İslamdan əvvəlki dövrdə ərəblərlə çinlilər arasında ticarət mərkəzli münasibətlərin mövcud olduğu bilinsə də, İslam mənbələri bu əlaqələrin Hz. Peyğəmbərin (s.ə.s.) dövründə rəsmi səviyyəyə çatmadığını göstərir. Belə ki, Hz. Peyğəmbər müsəlmanlarla müşriklər arasında imzalanmış Hudeybiyə müqaviləsindən sonra, hicrətin altıncı ilinə, yəni miladi 628-ci ilə təsadüf edən dövrdə Bizans, Misir, Şam və Sasani İmperiyası başda olmaqla, qonşu və yaxın səkkiz ölkənin hökmdar və rəhbərlərinə İslama dəvət məqsədilə elçilər göndərmişdir.
Osmanlı dövlətində şeyxülislam dini və hüquqi məsələlər üzrə ən ali vəzifə sahibi idi. O, dini bilik sahiblərindən ibarət dövlət təbəqəsinin rəhbəri sayılır və sədrəzəmdən sonra dövlətin ən yüksək rütbəli ikinci vəzifəlisi hesab olunurdu. “Şeyxülislam” anlayışı İslam dünyasında hicri IV / miladi X əsrdə meydana çıxsa da, həmin dövrdə rəsmi dövlət vəzifəsi xarakteri daşımırdı. Bu ad daha çox tanınmış hüquqşünas alimlərə və verdikləri dini-hüquqi rəylərlə şöhrət qazanmış İslam bilicilərinə fəxri titul kimi verilirdi. Zaman keçdikcə bu cür fəxri titulların əksəriyyəti istifadədən çıxmışdır.
Dünya hər il yanvar ayının ilk gününün ilk anlarında, gecəyarısı köhnə ilin başa çatmasını və yeni miladi ilin başlamasını qeyd edir. Bu, bütün dünyada ən geniş yayılan və tanınan bayramlardan biri olan Milad (Qriqorian) Yeni ili kimi tanınır. Lakin “Yeni il” anlayışı təkcə miladi təqvimlə məhdudlaşmır. Dünyanın müxtəlif xalqları və cəmiyyətləri özlərinə məxsus təqvimlərə əsaslanan yeni illərini qeyd edirlər. Hər birinin öz vaxtı, mərasimləri, inancları və simvolik mənaları vardır. Bu bayramların bəziləri qədim dini və mənəvi ənənələrə söykənir, digərləri isə əkinçilik dövrləri, astronomik hadisələr və ya təbiətin yenilənməsi ilə bağlıdır. Bütün bu müxtəliflik yeni başlanğıcların, ümidin və yenilənmənin bəşəri simvolu kimi çıxış edir və insan irsinin zənginliyini əks etdirir.
Yoluxucu xəstəliklər tibb tarixində hər zaman xüsusi maraq doğurmuşdur. Mikrob və miazma nəzəriyyələrinin inkişafı kimi əsas konsepsiyalar uzun illər ərzində geniş şəkildə öyrənilmiş, müxtəlif elmi məktəblər tərəfindən şərh edilmişdir. Bununla belə, yoluxucu xəstəliklərin anlaşılması və onlara qarşı mübarizədə müsəlman alimlərinin və İslam sivilizasiyasının tarixi töhfələri bu müzakirələrdə çox zaman yetərincə diqqətə alınmamışdır.
“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır: qarşılaşdığın zaman ona salam ver, səni dəvət edərsə dəvətinə get, səndən nəsihət istəsə nəsihət ver, asqırıb Allaha həmd edərsə ‘Allah sənə rəhm etsin’ de, xəstələndiyi zaman onu ziyarət et, öldüyü zaman isə cənazəsində iştirak etmək”
Ehtimal olunur ki, Fatimə Liverpulda İslamı qəbul edən ilk qadın idi. O, 1887-ci ildə Abdullah Quilliamın (1856–1932) vasitəsilə İslama gəldi.Liverpulun ilk müsəlman çevrəsinin bir çox üzvü kimi, Fatimə də həm yerli əhalinin dözümsüz davranışı, həm də öz ailəsinin təzyiqi qarşısında heyrətamiz dözüm və cəsarət göstərirdi.
Amerikalı tarixçi Tomas F. Madden “Crusades: The Illustrated History” (“Səlib yürüşləri: Rəsmli tarix”) adlı kitabının tibblə bağlı fəslinə səlib yürüşləri dövründə baş vermiş iki diqqətçəkən hadisə ilə başlayır. Bu hadisələr həmin dövrdə müsəlman və xristian dünyasında tibbi bilik və təcrübə arasındakı fərqi açıq şəkildə nümayiş etdirir.
Osman Qazi mərkəz kimi istifadə etdiyi Yenişehirin təhlükəsizliyini təmin etmək məqsədilə Marmaracık və Koyunhisar qalaları üzərinə yürüş etdi və bu qalaların sakinlərini özünə tabe etdi. Bu əməliyyatlardan sonra Osman Qazi 1302-ci ildə İznik üzərinə səfərə çıxdı.
Müsəlman dünyanın Qərb bölgələrində, xüsusilə də Əndəlüsdə tibb sahəsinin inkişafı İslam sivilizasiyasının ən diqqətçəkən elmi nailiyyətlərindən biri olmuşdur. Müsəlman İspaniyasının ilk əsrlərində həkim olmaq istəyən alimlər daha geniş elmi biliklər əldə etmək üçün Bağdad, Qahirə, Şam və hətta İran kimi böyük elm mərkəzlərinə səyahət edirdilər. Müxtəlif regionlar arasında siyasi çətinliklər və müharibələr mövcud olsa da, İslamın Peyğəmbər dövründən etibarən qoyduğu ümumbəşəri dəyərlər elmin sərhəd tanımamasını təmin etmişdir.
Ramazan ayında fərz olan oruc tutulduğuna görə bu ayda kəffarə orucu tutulmur. Kəffarə orucu Ramazandan kənar digər aylarda tutulur. Ramazan ayında heç bir üzrü olmadan, niyyət edərək başladığı orucu bilərəkdən pozan şəxsə cəza olaraq iki ay kəffarə orucu tutmaq vacib olur.