Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix
    İslam və Tarix

    Əllamə İzzəddin Yusif ibn İbrahim Ərdəbili

    28 Sentyabr 2025 12:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əllamə İzzəddin Yusif ibn İbrahim Ərdəbili
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Şafii məzhəbinə mənsub fəqih idi. Yaşadığı dövrün tanınmış alimlərindən biri idi. O, qələmə aldığı əsərlərlə məşhur olmuşdu. Alim fiqhə dair ‚Ənvar li Əməlü’l-Əbrar‛ adlı əsərin müəllifi idi. Onun bu əsərinə çox sayda şəhr və haşiyə yazılmışdır. Bu əsərin nüsxələrindən biri AMEAƏİ-nun fondunda saxlanılır. Bundan başqa Paris milli kitabxanasında, Qahirədə Misir milli kitabxanasında və ər-Riyadda Kral Səud universitetinin kitabxanasında da ‚Ənvar li Əməlü’l-Əbrar‛ın nüsxələri mövcuddur.
    Türkiyədə Ankara milli kitabxanası, Konya BYEK və Diyarbəkir İHK-də ‚Ənvar li Əməlü’l-Əbrarın ondan çox nüsxəsi mühafizə edilir. Əllamə İzzəddin Ərdəbilinin digər bir əsəri əl-Bəğəvinin ‚əl-Məsabih adlı əsərinə yazdığı üç cildlik şərhdir.
    Alim uzun müddət Ərdəbildə yaşamış, daha sonra Misirə köçmüşdü. Misir Məmlüklü hökmdarları ona böyük hörmət və ehtiram göstərmişdilər. İzzəddin Ərdəbili həm də mahir xəttat və şair idi. Onun gözəl şerləri var idi. İbn Hacər Əsqəlani, Yusif ibn İbrahim Ərdəbilinin yaşadığı əsrdə ‚şeyxül-məşriq, yəni bütün şərqin şeyxi ləqəbi ilə tanındığını qeyd etmişdir. Alim h. 779-cu ildə (1377) Misirdə vəfat etmişdir.

    Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

    #İslam irsi #Quran-Kərim #Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR #İslam tarixi #Fiqh elmi #Hədis #İslam alimləri #İslam fiqhində fərzlər #BYEK
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    22 Avqust 2026 01:06

    Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

    9 Avqust 2026 07:21

    Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar

    2 Avqust 2026 13:00

    Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

    26 İyul 2026 12:00

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    26 İyul 2026 09:00

    Bərdədən Səmərqəndə uzanan elmi yol: Hədis hafizi Əbu Əli Bərdəi

    19 İyul 2026 13:00

    3 dinar və 65 qoyun... Misirin fəthindən sonra müsəlmanlar və yerli əhali arasında münasibətlər

    9 İyul 2026 09:00

    Ərəb qrammatikasının Azərbaycanlı ustadı: “Təzkirətül-Məcdiyyə” müəllifinin həyatı

    28 İyun 2026 19:00

    Zümər suriəsi nədən bəhs edir?

    28 İyun 2026 06:00

    X əsr Bərdə alimləri: Fəqih və şair Əbül-Qasım Bərdəi

    14 İyun 2026 14:00

    Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər

    14 İyun 2026 10:51

    Mədinədə Ömər ibn Xəttabın adını daşıyan nadir qaya yazısı aşkarlandı

    11 İyun 2026 16:48
    XƏBƏR LENTİ

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.