Maraqlı faktlar

Türklər arasında buddizmin yayılması tarixi 385–550-ci illər arasında Şimali Çində qurulan Toba dövləti dövrünə təsadüf edir. Həmin dövrdə əslən türk olan Tobalar dövlət idarəçiliyində çinlilərdən məmur qismində istifadə edirdilər. Lakin zaman keçdikcə bu yaxınlıq Tobaların buddizmi qəbul etməsinə və tədricən çinlilərlə qarışaraq öz milli kimliklərindən uzaqlaşmasına səbəb oldu.

Nüvə silahlarının istifadəsi XX əsrin tarixində bəşəriyyət üçün ən ağır fəsadlara yol açan hadisələrdən biri kimi qiymətləndirilir. Nüvə bombasının partlaması zamanı yaranan dağıdıcı təsir bir neçə əsas amilin — yüksək temperatur, güclü zərbə dalğası, ionlaşdırıcı radiasiya və radioaktiv çöküntünün — birgə təsiri nəticəsində formalaşır. Partlayışın mərkəz nöqtəsində temperatur milyonlarla dərəcəyə çata bilər və bu ərazidə olan hər şey dərhal məhv olur. Mərkəzdən uzaqlaşdıqca əsas itkilər yanıq xəsarətləri, uçan dağıntıların yaratdığı travmalar və güclü radiasiya təsiri ilə əlaqələndirilir.

1812-ci il müharibəsinin veteranı, kapitan Con Klivs Simms ABŞ-ın universitetlərinə, alimlərinə və rəsmi qurumlarına ünvanladığı məktubda Yerin içinin boş və yaşayış üçün əlverişli olduğunu iddia edib. Simms bəyan edirdi ki, planetin Şimal və Cənub qütblərində girişləri olan, öz günəşi, okeanları və hətta mümkün sivilizasiyası olan daxili dünya mövcuddur və bunu sübut etmək üçün ekspedisiya təşkil edilməlidir.

1974-cü ildə ABŞ-da ilk dəfə olaraq mağazada bir məhsul “ştrix-kod” vasitəsilə skan edilib və bu hadisə qlobal ticarət tarixində dönüş nöqtəsi olub. Ohayo ştatının Troy şəhərində yerləşən “Marsh” supermarketində kassir Wrigley’s Juicy Fruit saqqızını Universal Məhsul Kodu ilə oxuyaraq tarixdə ilk elektron satış əməliyyatını həyata keçirib. Daha sonra “ştrix-kod” adı ilə tanınan bu sistem qısa müddətdə dünya miqyasında yayılaraq ticarət, logistika, səhiyyə və sənaye sahələrində geniş istifadə olunmağa başlayıb.

Mütəxəssislər qlobal temperatur artımının indiyədək qəbul edilən proqnozlardan xeyli sürətlə getdiyini müəyyən edərək iqlim dəyişikliyi ilə bağlı ciddi xəbərdarlıq ediblər. Alimlər təcili “toparlanma planı”nın hazırlanmasına çağırır, bildirirlər ki, dünya həm qlobal isinmənin real sürətini, həm də bunun iqtisadi nəticələrini ciddi şəkildə qiymətləndirməyib. Böyük Britaniyanın Exeter Universitetinin hazırladığı yeni hesabatda qlobal temperaturun əvvəlki elmi modellərdə nəzərdə tutulduğundan daha sürətlə artdığı vurğulanır. Hesabata əsasən, mövcud tendensiyalar davam edərsə, Yer kürəsinin 2050-ci ildən əvvəl sənayeöncəsi dövrlə müqayisədə 2 dərəcədən artıq isinməsi artıq yüksək ehtimal kimi qiymətləndirilir.

XIX əsrin sonlarında elektrik enerjisinin gələcəyini müəyyənləşdirən tarixi qarşıdurma yaşandı. Tomas Edison, Nikola Tesla və Corc Vestinqhaus arasında gedən bu mübarizə tarixə “Cərəyanlar müharibəsi” adı ilə düşdü. Mübahisənin mərkəzində hansı sistemin — birbaşa cərəyanın (DC) yoxsa dəyişən cərəyanın (AC) — ABŞ-da standart olacağı dayanırdı.

Bayraqlar bir millətin tarixini, mədəniyyətini və dəyərlərini simvollar vasitəsilə ifadə edən güclü vizual kimliklərdir. Rənglərlə yanaşı, forma və fiqurlar da bayraqların məna dünyasını zənginləşdirir. Bəzi dövlətlər isə bu simvolikanı heyvan fiqurları ilə tamamlayaraq bayraqlarını adeta mədəni hekayəyə çevirir. Heyvanlar çox vaxt cəsarət, güc, azadlıq, müstəqillik, inanc və milli ruh kimi anlayışları təmsil edir. Buna görə də onların dövlət bayraqlarında yer alması təsadüfi deyil, tarixi və şüurlu seçimin nəticəsidir.

1129-cu il yanvarın 13-də Fransanın Trua şəhərində keçirilən Trua Kilsə Şurası zamanı Papa Honorius II hərbi-dini təşkilat kimi tanınan Tampliyer Cəngavərlərinə rəsmi olaraq tanıdıvə onları “Tanrının ordusu” elan etdi. Fransız əsilli Hyuq de Payenin rəhbərliyi ilə Tampliyer təşkilatı 1118-ci ildə yaradılmışdı. Təşkilatın özünə qoyduğu əsas missiya Xaç yürüşləri dövründə Müqəddəs Torpaqlara gedib-gələn xristian zəvvarları qorumaq idi. Bu yürüşlər müsəlmanların nəzarətində olan Fələstin torpaqlarına qarşı aparılan hərbi ekspedisiyalardan ibarət idi.

XX əsrin əvvəllərində ABŞ cəmiyyətində qadınların ictimai yerlərdə siqaret çəkməsi sosial norma baxımından qəbuledilməz sayılırdı. Bu davranış təkcə mənəvi baxımdan qınanmır, bəzi ştatlarda hüquqi məhdudiyyətlərlə də müşayiət olunurdu. Mövcud tabular tütün sənayesi üçün ciddi bazar itkisi yaradırdı. Məhz bu mərhələdə American Tobacco şirkəti problemin həllini ictimai davranışların formalaşdırılmasında yeni yanaşmalar təqdim edən Edward Bernaysda gördü.

1299-cu ildə oğuzların qayı boyuna mənsub Osman bəy tərəfindən əsası qoyulan Osmanlı dövləti yeddi əsrdən artıq müddətdə geniş coğrafiyaya yayılan imperiya kimi tarixə düşüb. 1453-cü ildə Fatih Sultan Mehmedin Konstantinopolu fəth etməsi Bizans imperiyasına son qoyaraq Osmanlı tarixində dönüş nöqtəsi yaradıb. XVII əsrə gəldikdə isə imperiya artıq üç qitəni əhatə edirdi.

Osmanlı dövlətinin banisi Osman Qazi, atası Ərtoğrul Qazinin kiçik oğlu olmasına baxmayaraq, tayfa daxilində ciddi müqavimətlə üzləşmədən hakimiyyətə gəldi. Tarixi mənbələrə görə, böyük qardaşlarının bu qərara açıq etiraz etməməsi Osman Qazinin liderliyini möhkəmləndirdi və sülalə daxilində erkən mərhələdə parçalanmanın qarşısını aldı. Lakin XIII əsrin sonlarında, xüsusilə 1288–1299-cu illər arasında Osman Qazinin siyasi və hərbi strategiyasında ciddi dəyişikliklər baş verdi. O, tayfa xarakterli idarəçilikdən çıxaraq, sistemli fəth siyasətinə keçidi hədəflədi. Bu strategiya Bizans sərhədlərinə yönəlmiş hücumları, qalaların fəthini və daimi müharibə vəziyyətini ehtiva edirdi.