Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    Zakintos Avropanın Ən Çox Ziyarət Edilən Turistik Məkanına Çevrilib

    24 May 2025 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zakintos Avropanın Ən Çox Ziyarət Edilən Turistik Məkanına Çevrilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yunanıstanın Zakintos adası Avropanın ən çox turist qəbul edən bölgəsi olaraq yeni bir rekorda imza atıb.

    Travel tərəfindən yayımlanan son hesabatda bildirilir ki, ada sakinlərinin hər birinə 150 turist düşür, bu da onu qitənin ən sıx turistik məkanına çevirir.

    Araşdırma Avropa Komissiyasının məlumatları əsasında hazırlanıb və üç əsas göstərici – ümumi gecələmə sayı, kvadrat kilometrə düşən turist sıxlığı və yerli sakinə düşən turist sayı – üzərində qurulub. Bu göstəricilər kiçik və çox tanınmayan yerlərin kütləvi turizmin əsl yükünü daşıdığını üzə çıxarıb.

    Zakintosun əsas şəhərində yaşayan sakinlərdən biri Yunan mətbuatına bildirib ki, kirayələr bahalaşıb, yay aylarında yollar iflic olur və infrastruktur bu yüklənməyə cavab vermir.

    Hesabatda qeyd olunur ki, turizmin artması daşınmaz əmlak qiymətlərini, ətraf mühitə təsirləri və ictimai xidmətlər üzərindəki təzyiqləri artırır.

    Yerli sakinə düşən turist sayına görə ikinci sırada Xorvatiyanın İstria bölgəsi gəlir. Burada 1.000 nəfərə 133.467 turist düşür. Üçüncü sırada isə Kanarya Adalarındakı Fuerteventura yerləşir – burada bu nisbət 120:1 təşkil edir.

    Bütün etirazlara baxmayaraq, Kanarya Adaları 2025-ci ilin mart ayında 1,55 milyon xarici turist qəbul edərək yeni bir rekorda imza atıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% artım deməkdir.

    Hesabat yalnız yüklənmiş turizm bölgələrini deyil, kütləvi turizmdən uzaq qalan məkanları da açıqlayıb. Ən az turist düşən bölgələr arasında Bolqarıstandakı Targovişte (1 yerli əhaliyə 332 turist), Polşadakı Rıbnik (351:1) və İtaliyanın Benevento şəhəri (398:1) yer alır.

    Kvadrat kilometrə görə ən az turistin düşdüyü bölgə isə Norveçin Arktika dairəsində yerləşən Yan Mayen adasıdır, burada rəsmi olaraq turist sıxlığı sıfırdır. Onu Rumıniyanın Teleorman bölgəsi (1,21) və Norveçin Svalbard adası (2,4) izləyir.

    #Yunanıstan #Zakintos adası turizm #Turist sıxlığı #Yunan adalarında turizm böhranı #Zakintosda yaşayış çətinlikləri #Sakit turistik bölgələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    20 İyul 2026 20:40

    Yunanıstana məxsus F-16 təyyarəsi təcili eniş edib

    9 İyul 2026 16:07

    Yunanıstanın Evia adasında iri meşə yanğını baş verib

    20 İyun 2026 22:32

    Yəhudilik, Xristianlıq və İslamda QÜDS - bir şəhər, üç fərqli baxış

    17 May 2026 21:00

    Azərbaycan və Yunanıstan əməkdaşlığın inkişafını müzakirə edib

    12 May 2026 18:49

    Tarixdə bu gün – 7 May

    7 May 2026 00:01

    Dəniz sərhədlərimizi pozan xəritələr etibarsızdır - Türkiyə XİN

    21 Aprel 2026 17:36

    Rusiyanın Yunanıstanın Baş Qərargahına kiber hücum etdiyi iddia olunur

    16 Aprel 2026 09:58

    Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı artıb (ÖZƏL)

    5 Aprel 2026 14:00

    Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı artıb (ÖZƏL)

    1 Aprel 2026 15:49

    Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı artıb (ÖZƏL)

    1 Mart 2026 18:00
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.