Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    Qorxu hissi niyə yaranır?

    4 Noyabr 2024 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qorxu hissi niyə yaranır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Qorxu təbii, güclü və ilkin bir hissdir. İstər fiziki, istərsə də psixoloji olsun, səni təhlükə və ya zərər təhdidinə qarşı xəbərdar edir. Bəzən real bir təhdiddən qaynaqlansa da, qorxu psixologiyası bəzən zehində yaratdığın xəyali çətinliklərin nəticəsində də yaranır. Qorxu hissi, hiss edilən təhdidə qarşı iki əsas reaksiyadan ibarətdir.

    Sağ qalma mexanizmin, hiss edilən bir təhlükəyə qarşı bədənində müşahidə edə biləcəyin müəyyən reaksiyalarla cavab verir. Ürək döyüntüsünün sürətlənməsi, tərləmə və yüksək adrenalin kimi xüsusiyyətlər göstərən bu reaksiyalar səni sağ qalma instinkti ilə ayıq vəziyyətdə saxlayır.

    Digər tərəfdən, göstərilən duyğusal reaksiya insandan insana fərqli ola bilər. Qorxu nədir sualı bəzi insanlara adrenalin, həyəcan kimi sözləri xatırladır. Bu insanlar ekstremal idman növlərində nəbzini yüksəldən fəaliyyətlərdə daha uğurlu olurlar. Bəzi insanlar üçün isə vəziyyət əksinədir; bu hissə qarşı mənfi düşüncələri olur və nə bahasına olursa olsun, bu vəziyyətdən qaçmaq istəyirlər.
    İnsanlar bu hissi müxtəlif formalarda yaşaya bilərlər. Geniş şəkildə müşahidə edilən simptomlar sinə ağrısı, nəfəs darlığı, sürətli ürək döyüntüsü, ürək bulanması, tərləmə, titrləmə, ağız quruluğu, fiziki əlamətlərlə yanaşı, kədər, boğulma hissi, nəzarəti itirmə və ya yaxınlaşan ölüm hissiyyatı kimi psixoloji əlamətlərdir. Bu, panik pozuntusu, sosial anksiyete pozuntusu, əldə edilmiş müəyyən fobiyalar və travma sonrası stres pozuntusunun əlaməti olaraq göstərdiyin bir reaksiya ola bilər.

    Qorxu nədir sualının cavabı olduqca mürəkkəbdir, çünki qorxunun səbəbləri tək və yeganə deyil. Bəziləri keçmişdə yaşanmış mənfi təcrübələrdən qaynaqlana bilər, bəziləri isə nəzarəti itirmə narahatlığı kimi tamamilə fərqli bir səbəbdən yarana bilər.
    İnsanlar bəzi təhrikedici əşyalardan və yaxud canlılardan da qorxa bilər.

    Müəyyən əşyalar və ya vəziyyətlər (hörümçəklər, ilanlar, yüksəklik, təyyarə və s.), ağlında qurduğun xəyali hadisələr kimi səbəblər də qorxuya səbəb ola bilər.

    #Bunu bilirsinizmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    30 Avqust 2026 12:00

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

    26 İyul 2026 14:00

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    19 İyul 2026 20:00

    Bitkilərin cinsiyyəti varmı?

    19 İyul 2026 12:35

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    19 İyul 2026 10:31

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    19 İyul 2026 07:00

    Xarici görünüşümüz həyatımıza necə təsir edir?

    13 İyul 2026 08:01

    İslam memarlığı Avropa sənətini necə formalaşdırdı?

    12 İyul 2026 22:00

    Musiqi dinləmək zehni inkşaf etdirir

    28 İyun 2026 23:00

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    21 İyun 2026 17:00

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    21 İyun 2026 13:00
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.