1884-cü il dekabrın 6-da, Vaşinqtonda (Kolumbiya dairəsi) işçilər ağ mərmərdən tikilmiş möhtəşəm qüllənin zirvəsinə üzərində “Laus Deo” (“Tanrıya şükür olsun”) sözləri həkk edilmiş doqquz düym uzunluğunda alüminium piramida yerləşdirdilər. Bununla şəhərin adını daşıyan və ABŞ-ın ilk prezidenti Corc Vaşinqtona həsr olunmuş abidənin tikintisi tam başa çatdı.
Tarixdə bu gün
Bu gün beş dekabr 1978-ci ildə Əfqanıstandakı populyarlığını itirmiş prosovet rejimini dəstəkləmək məqsədilə Sovet İttifaqı Əfqanıstan hökuməti ilə “dostluq müqaviləsi” imzalayaraq ölkəyə iqtisadi və hərbi yardım göstərməyi öhdəsinə götürdü. Bu müqavilə sovetləri rəsmi olaraq 1979-cu ildə başlayan və Sovetlərin dəstəklədiyi kommunist hökumətlə müsəlman üsyançılar – mücahidlər arasında gedən Əfqanıstan vətəndaş müharibəsinə daha bir addım yaxınlaşdırdı.
Türkiyə İşçi Partiyasının (TİP) baş katibi Nihat Sargın və Türkiyə Kommunist Partiyasının (TKP) baş katibi Nabi Yağcı (Haydar Kutlu) həbs edilib.
ABŞ Prezidenti Corc H. V. Buş Somalinin vətəndaş müharibəsi və qida çatışmazlığı yaşanan bölgələrində humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə 28 min ABŞ hərbçisinin ölkəyə göndərilməsi barədə göstəriş verib. Prezident əməliyyatı “Tanrının işi” adlandıraraq Somaliyə yardım edilmədiyi təqdirdə bir milyondan çox insanın ölüm təhlükəsi ilə üzləşəcəyini bildirib.
ABŞ prezidenti Vudro Vilson I Dünya Müharibəsi sülh danışıqları üçün Versala gəldi.
1992-ci il dekabrın 3-də telekommunikasiya tarixində dönüş nöqtəsi yaşandı: dünyada ilk qısa mesaj (SMS) Britaniyada, Vodafone şəbəkəsi üzərindən göndərildi. Mesajın müəllifi — 22 yaşlı mühəndis Nil Pepvort idi. O, şəxsi kompüterdən istifadə edərək həmkarı Riçard Carvisin mobil telefonuna sadə, lakin tarixə düşən iki söz göndərdi: “Merry Christmas”.
BMT-nin silah müfəttişləri ilk dəfə əvvəlcədən xəbərdarlıq etmədən İraq prezidenti Səddam Hüseynin saraylarından birinə daxil olublar.
1804 Napoleon Bonaparta Papanın da qatıldığı mərasimdə Parisdəki Notr-Dam Katedralində tac taxdı və Fransa İmperatoru oldu.
Roma imperatoru I Konstantinin təşəbbüsü ilə 325-ci ildə Nikeya (Türkiyənin İznik şəhəri) şəhərində çağırılan Birinci Nikeya Şurası xristian kilsə tarixində inanc birliyinə nail olmaq üçün keçirilən ilk ümumdünya (ekumenik) xristian məclisi hesab olunur. Şura kilsə daxilində kəskin teoloji ixtilafların həlli üçün yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Bu sənəd Soyuq müharibə dövründə imzalanan ilk silahlara nəzarət sazişi hesab olunur.
Osmanlı borclarının ləğvi ilə bağlı razılaşma Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq edilib.
Sovet İttifaqı bu bölgəyə tam nəzarət etməyi hədəfləyirdi.