Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün Mussolini Hitlerə Britaniyaya hücum etməməsi barədə xəbərdarlıq etdi

    8 Yanvar 2026 08:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün Mussolini Hitlerə Britaniyaya hücum etməməsi barədə xəbərdarlıq etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Tarixdə bu gün İtaliyanın faşist lideri Benito Mussolini Almaniya rəhbəri Adolf Hitler-ə ünvanladığı mesajda Böyük Britaniyaya qarşı müharibənin zəruriliyini şübhə altına alaraq, belə bir addımın “rejimi də daxil olmaqla hər şeyi riskə atmaq” anlamına gəldiyini vurğuladı.

    Məktubda Mussolini Hitleri ehtiyatlı olmağa çağırır, Almaniyanın gənc nəsillərinin “çiçəyinin qurban verilməsi”nin doğura biləcəyi nəticələr barədə xəbərdarlıq edirdi. Lakin bu çağırışın arxasında açıq siyasi hesablamalar dayanırdı. Həmin dövrdə İtaliya hərbi və iqtisadi baxımdan genişmiqyaslı müharibəyə hazır deyildi və Mussolini Almaniyanın Avropada qazandığı uğurların onu kölgədə qoyacağından ehtiyat edirdi.

    Almaniyanın Sudet bölgəsini və Polşanı işğal etməsindən sonra Fransa və Britaniya üzərində mümkün qələbə Avropada hegemonluğu Berlində cəmləyə bilərdi. Mussolini isə özünü yeni “Roma imperiyası”nın qurucusu kimi təqdim edir, lakin iqtisadi cəhətdən zəif və hərbi baxımdan hazırlıqsız İtaliyanın Almaniya ilə eyni səviyyədə görünməyəcəyini anlayırdı.

    Bu səbəbdən Duçe Almaniyanın hərbi maşınını ləngitmək və öz növbəti addımlarını planlaşdırmaq istəyirdi. İtaliyanın Berlindəki səfiri mesajı Hitlere şəxsən çatdırdı. Mussolini məktubda böyük demokratik dövlətlərin “öz daxillərində süqut toxumlarını daşıdıqlarını” və zamanla öz-özlərini məhv edəcəklərini iddia edirdi.

    Lakin Hitler bu çağırışlara məhəl qoymadı və Hollandiya, Belçika, Lüksemburq və Fransanın işğalı planlarını irəli apardı. Mussolini isə Almaniya ilə birbaşa eyni cəbhədə irəliləmək əvəzinə diqqətini Balkanlara yönəltdi. Nəticədə Yuqoslaviyanın işğalı və xüsusilə Yunanıstana qarşı hərbi əməliyyatlar İtaliya üçün ciddi strateji uğursuzluqlarla yadda qaldı.

    #Mussolini #Mussolini Hitleri Britaniyaya qarşı müharibədən çəkindirdi #Tarixdə bu gün: Duçenin Hitlere xəbərdarlıq məktubu #Mussolininin məktubu və Avropada güc balansı #İtaliya-Almaniya rəqabəti: Mussolini niyə ehtiyat edirdi? #Hitlerin planları və Mussolininin cavabsız qalan çağırışı #Hitler’i İngiltere’ye karşı savaştan vazgeçirmeye çalıştı #Tarihte bugün: Mussolini’den Hitler’e uyarı #Mussolini’nin mektubu ve Avrupa’daki güç mücadelesi #İtalya neden Almanya’nın gölgesinde kalmak istemedi? #Hitler planlarını sürdürdü #Mussolini geri çekildi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün – 2 İyun

    2 İyun 2026 00:01

    Bu gün ABŞ və SSRİ kimyəvi silahların məhv edilməsi barədə tarixi saziş imzaladı

    1 İyun 2026 03:00

    Tarixdə bu gün – 1 İyun

    1 İyun 2026 00:01

    1889-cu ilin Constaun daşqını: ABŞ tarixinin ən ölümcül fəlakətlərindən biri

    31 May 2026 03:00

    Tarixdə bu gün - 31 may

    31 May 2026 00:01

    “Nissan” necə yarandı? Yapon avtomobil nəhənginin formalaşma tarixi

    30 May 2026 03:00

    Tarixdə bu gün - 30 may

    30 May 2026 00:01

    İstanbulun fəthi xristian dünyasında necə qarşılandı?

    29 May 2026 06:00

    Bu gün Hitler Şərq cəbhəsində son müqavimətə çağırış etdi

    16 Aprel 2026 05:57

    Bu Hitler İtaliyanın Yunanıstandakı fiaskosu sərt tənqid etmişdi

    18 Noyabr 2025 02:00

    Bu gün İtaliya Almaniyaya müharibə elan etdi

    13 Oktyabr 2025 08:00

    Tarixdə bu gün - 21 sentyabr

    21 Sentyabr 2025 00:01
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.