Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu

    15 Sentyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    15 sentyabr 1978-ci ildə boks əfsanəsi Məhəmməd Əli ABŞ-ın Nyu-Orlean şəhərində yerləşən “Louisiana Superdome” arenasında Leon Spinks üzərində qələbə qazanaraq dünya ağır çəkili çempionu titulunu karyerasında üçüncü dəfə əldə etdi. Bu nəticə ilə Əli tarixdə ilk dəfə üç dəfə ağır çəkili dünya çempionu adını qazanan boksçu oldu.

    Qələbədən sonra Əli boksdan təqaüdə çıxdığını açıqlasa da, iki il sonra qısa müddətlik rinqə qayıtdı. 1981-ci ildə isə o, idmana birdəfəlik vida etdi.

    Əfsanənin boks karyerası

    1942-ci ilin 14 yanvarında Kentukki ştatının Luisvill şəhərində Kassius Marsellus Kley Cünior adı ilə doğulan Əli 1964-cü ildə İslama keçərək adını dəyişdi. O, 1960-cı il Romada keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və həmin ilin oktyabrında peşəkar debüt etmişdi.

    25 fevral 1964-cü ildə Əli gözlənilməz şəkildə Sanni Listonu məğlub edərək ağır çəkili dünya çempionu titulunu qazanmış və məşhur “Mən ən böyüyəm!” ifadəsini işlətmişdi.

    Vyetnam müharibəsi zamanı ABŞ ordusuna çağırışı rədd etdiyi üçün 1967-ci ildə hərbi xidmətdən yayınmaqda təqsirli bilinərək üç il müddətinə boksdan uzaqlaşdırılmışdı. 1970-ci ildə rinqə qayıdan Əli “Əsrin döyüşü” kimi tanınan qarşılaşmada Co Freyzerə məğlub oldu. Daha sonra 1974-cü ildə revanş görüşündə Freyzeri məğlub etdi və həmin ilin oktyabrında “Rumble in the Jungle” adlı tarixi qarşılaşmada Corc Formanı nokauta salaraq titulunu geri aldı.

    15 fevral 1978-ci ildə Leon Spinksə məğlub olaraq titulunu itirsə də, cəmi yeddi ay sonra – 15 sentyabrda – onu geri qaytardı.

    Əli 1979-cu ildə təqaüdünü elan etsə də, 1980-ci ildə Larri Holmsla rinqə çıxdı və məğlub oldu. Sonuncu döyüşünü isə 11 dekabr 1981-ci ildə Trevor Berbikə qarşı keçirərək idmana vida etdi. Onun karyerası 56 qələbə (37-si nokautla) və 5 məğlubiyyətlə başa çatdı.

    1984-cü ildə onda Parkinson xəstəliyi aşkarlanmışdı. Məhəmməd Əli 3 iyun 2016-cı ildə vəfat etdi. Onun rəqibi Leon Spinks isə 1995-ci ildə karyerasını başa vurdu və 5 fevral 2021-ci ildə dünyasını dəyişdi.

    #Vyetnam müharibəsi #Məhəmməd Əli #Louisiana Superdome #Məhəmməd Əli kimdir #Leon Spinks #Kentukki #Luisvill #Kassius Marsellus Kley #Sanni Listo #Co Freyzer #Corc Forman #Trevor Berbik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

    24 Avqust 2026 04:08

    Tarixdə bu gün – 24 Avqust

    24 Avqust 2026 00:01

    Ukraynadan İrana qədər - Müasir müharibələrin niyə qalibi yoxdu?

    16 Avqust 2026 06:00

    Bu gün Məhəmməd Əli ABŞ-ın Vyetnama hücumunda iştirak etməkdən imtina etdi

    28 Aprel 2026 03:00

    Tarixdə bu gün – 16 Aprel

    16 Aprel 2026 00:02

    Bu gün ABŞ ordusu My Lai qətliamını törətdi, bu qətliam iki il gizli saxlanıldı

    16 Mart 2026 00:10

    Forrest Gump – Həyat bir qutu şokolad kimidir

    16 Fevral 2026 10:30

    ABŞ-ın qlobal cinayət dosyesi: Soyqırımlardan işğallara

    31 Dekabr 2025 22:00

    Bu gün minlərlə insan Vyetnam müharibəsinə qarşı Vaşinqtonda etiraz etdi

    21 Oktyabr 2025 00:26

    Bu gün Martin Lüter Kinq Nobel Sülh Mükafatına layiq görülüb

    14 Oktyabr 2025 03:00

    Məhəmməd Əli haqqında bilməyimiz 10 fakt - O həm də, şair idi

    12 Sentyabr 2025 16:43

    Asiyanın İnkişaf Edən Gücü: Vyetnamın Siyasi və İqtisadi Yolu

    24 Mart 2025 09:00
    XƏBƏR LENTİ

    Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.