28 aprel 1967-ci ildə dünya boksunun əfsanəvi siması Məhəmməd Əli ABŞ ordusuna çağırışı qəbul etməkdən imtina etdi və bu qərar onun karyerasında dönüş nöqtəsinə çevrildi. Əli bu addımını dini inancları ilə əsaslandıraraq Vyetnam müharibəsində iştirak etməyəcəyini bildirdi. Bu qərardan dərhal sonra o, ağır çəki üzrə dünya çempionu titulundan məhrum edildi və boks fəaliyyətindən uzaqlaşdırıldı.
#Məhəmməd Əli
15 sentyabr 1978-ci ildə boks əfsanəsi Məhəmməd Əli ABŞ-ın Nyu-Orlean şəhərində yerləşən “Louisiana Superdome” arenasında Leon Spinks üzərində qələbə qazanaraq dünya ağır çəkili çempionu titulunu karyerasında üçüncü dəfə əldə etdi. Bu nəticə ilə Əli tarixdə ilk dəfə üç dəfə ağır çəkili dünya çempionu adını qazanan boksçu oldu.
Məhəmməd Əli yalnız boks dünyasının deyil, həm də XX əsrin ən tanınmış simalarından biri olub. Onun adı güc, cəsarət və iradə ilə yanaşı, həm də sosial ədalət uğrunda mübarizə ilə assosiasiya olunur. Rinqdə “kəpənək kimi uçub, arı kimi sancan” Əli, həyatında göstərdiyi mövqelərlə milyonlarla insana ilham verib. Çoxlarının tanımadığı məqam isə onun idmandan kənar hekayələrinin də ən az döyüşləri qədər maraqlı və təsirli olmasıdır. Aşağıda təqdim olunan 10 fakt Məhəmməd Əlinin şəxsiyyətinə və irsinə daha dərindən nəzər salmağa imkan yaradır