Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    Türkiyə Aİ-nin enerji təhlükəsizliyi üçün qaz qovşağı olaraq aktiv işlər görür

    3 Yanvar 2024 17:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə Aİ-nin enerji təhlükəsizliyi üçün qaz qovşağı olaraq aktiv işlər görür
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    2024-cü ildə beynəlxalq qaz habı statusunu hüquqi olaraq rəsmiləşdirəcək Türkiyə artıq 2023-cü ildə bu funksiyanı faktiki olaraq yerinə yetirib.

    AzerPress xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu deyib.

    "Hazırda Türkiyə müxtəlif ölkələrdə, xüsusən boru qazı (daha çox Rusiya və Azərbaycandan), maye qaz (bir çox mənbələrdən, o cümlədən, ABŞ-dən) əldə edir. Onlar bizdə qarışdırılır, biz bizə lazım olandan istifadə edirik. 2023-cü ildə Bolqarıstan, Rumıniya və Macarıstanla onlara qaz tədarükü barədə sazişlər imzalaya bildik, yəni faktiki olaraq qazın istehsalçıları ilə Avropa İttifaqındakı (Aİ) alıcıları arasında qaz "körpüsü" olaraq fəaliyyət göstərməyə başladıq", - deyə nazir müavini qeyd edib.

    O, 2023-cü ildə Aİ ölkələrinin "mavi yanacaq" çatışmazlığını qarşılamaq məqsədilə Türkiyə vasitəsilə Bolqarıstana (payızda SOCAR-ın "Şahdəniz" yatağından qaz tədarükü üzrə beynəlxalq sazişdən kənarda öz satışları), Rumıniya və Macarıstana (mübadilə yolu ilə) əlavə həcmdə qazın nəql olunduğunu əlavə edib.

    "Biz artıq Avropadakı qardaşlarımız üçün qaz tədarükləri ilə bağlı lazımi şərtləri təmin etmişik, xüsusən Azərbaycan qazının Qərb istiqamətində birbaşa satışı həyata keçirilib. Söhbət böyük həcmdən getməsə də, əsas odur ki, bu cür əməliyyatlar başlayıb", - deyə N.Şatıroğlu vurğulayıb.

    Onun sözlərinə görə, 2025-ci ildə Bolqarıstan infrastrukturunun ötürücülük imkanlarını genişləndirmək hesabına müxtəlif mənbələrdən daha çox qaz əldə edə biləcək və qeyd olunan həcmlərin bir hissəsi mütləq Türkiyə vasitəsilə tranzitlə nəql olunacaq.

    Rusiya ilə Türkiyənin Frakiya bölgəsində qaz habı ideyasını (İstanbulda qaz ticarəti üçün birja tipli) həyata keçirmək barədə danışıqlara toxunan nazir müavini saziş sənədlərinə çıxış prosesinin davam etdiyini bildirib.

    "Müharibə (Ukrayna ilə) ilə əlaqədar olaraq Rusiya öz qazı üçün alternativ çıxışlar axtarmaq məcburiyyətindədir. Bu məsələdə ölkələrin qarşılıqlı maraqları, geosiyasi məsələlər, Avropanın gözləntiləri vacibdir. Biz bütün bunları nəzərə almalıyıq", - deyə N.Şatıroğlu vurğulayıb.

    O, həmçinin, Türkiyənin beş maye təbii qaz (MTQ) terminalına malik olduğunu və ölkəsinin avropalı qonşularının bu terminallar vasitəsilə qaz əldə edə biləcəklərini qeyd edib.

    Nazir müavini Azərbaycanla TANAP vasitəsilə Aİ-yə qaz nəqlinin ikiqat artırılması üçün zəruri olan tranzit sazişinə əlavə edilməsi ilə bağlı danışıqların davam etdiyini bildirib.

    Beləliklə, Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

    Türkiyə Aİ-nin enerji təhlükəsizliyi üçün qaz qovşağı olaraq aktiv işlər görür
    #Türkiyə #Azərbaycan #Rusiya #Avropa İttifaqı (Aİ) #Şahdəniz #Nevzat Şatıroğlu #TANAP
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26
    XƏBƏR LENTİ

    Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

    Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

    Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

    Prezident İlham Əliyev: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.