Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən indiyədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə isə 99 milyard kubmetrə yaxın qaz nəql edilib. Bu gün Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən 8 il ötür. TANAP Cənub Qaz Dəhlizinin ən böyük hissəsidir və “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın Türkiyənin qərb sərhədlərinə qədər nəqlini təmin edir.
#Şahdəniz
Qeyd edək ki, 2024-cü ildə yataqdan 28 milyard kubmetr qaz hasil edilmişdi. Beləliklə, 2025-ci ildə qaz hasilatında ötən illə müqayisədə 3,6% azalma qeydə alınıb.
2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.
“Şəfəq” Günəş Elektrik Stansiyası azad olunmuş ərazilərdə qurulan 240 MVt-lıq günəş elektrik stansiyasıdır. Layihənin üstünlüyü ondan ibarətdir ki, burada virtual enerji ötürülmə mexanizmi tətbiq olunacaq. Yəni azad edilmiş ərazilərdə 240 MVt günəş enerjisi istehsal edib milli şəbəkəyə ötürəcəyik və eyni zamanda həmin miqdarda enerjini milli şəbəkədən alaraq Azərbaycandakı neft-qaz emalı üzrə ən iri obyektinin – Səngəçal terminalının elektrikləşdirilməsinə yönəldəcəyik.
2025-ci ilin birinci yarısında "Səngəçal" terminalından 106 milyon barel neft və kondensat ixrac edilib ki, bunun da əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə göndərilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ixracın həcmi 110 milyon barel olub, beləliklə, göstərici illik müqayisədə 3,6 faiz azalıb.