İqtisadiyyat

2025-ci ilin oktyabr ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 1 milyon 911 min 261 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 731 min 689 nəfər, beynəlxalq reyslər üzrə isə 26 faiz artaraq 179 min 572 nəfər təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 5,909 milyard ABŞ dolları təşkil edib. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,3% azalaraq 4,8 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 1,9 dəfə artaraq 66,1 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 1,5 dəfə artaraq 600,3 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,4 dəfə artaraq 472,5 milyon dollara bərabər olub.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 188 milyon 430 min 96 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Fransaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz artaraq, 18 milyon 798 min 51 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 13 milyard 735 milyon 173 min dollara bərabər olub.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 32 milyon 800 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq, 153 milyon 313 min 50 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Türkmənistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 15 milyon 774 min 54 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 26 milyard 958 milyon 84 min dollara bərabər olub.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 78 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 312 milyon 450 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 171 milyard türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (63) qeydiyyata alınıb.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Rusiyaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 55,9 faiz azalaraq, 68 milyon 229 min 76 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Rusiyaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz azalaraq, 10 milyon 775 min 12 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 13 milyard 735 milyon 173 min dollara bərabər olub.

2025-ci ilin oktyabr ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 2 milyon 577 min 60 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 2 milyon 189 min 540 nəfər, beynəlxalq reyslər üzrə isə 28 faiz artaraq 387 min 520 nəfər təşkil edib.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən İrana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq, 232 milyon 808 min 42 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında İrana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq, 29 milyon 302 min 57 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 6 milyard 581 milyon 163 min dollara bərabər olub.

2025 - ci ilin yanvar - oktyabr ayında Türkiyənin Güllük limanı 5 milyon 202 min 476 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Güllük limanından Türkiyə bayrağı altında üzən 1 milyon 304 min 543 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 897 min 933 ton yük daşınıb. 2025 - ci ilin yanvar - oktyabr aylarında Güllük limanından tranzit 4 min 851 ton yük aşırılıb.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Özbəkistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 82,3 faiz artaraq, 20 milyon 815 min 11 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artaraq, 2 milyon 331 min 8 dollara çatdırıb.

2025-ci ilin yanvar-oktyabr ayında Türkiyənin Ceyhan limanı min 122 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ceyhan limanı Türkiyə bayrağı altında üzən 154, digər ölkələrin bayraqları altında üzən 968 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyə limanları 34 milyon 749 min 652 ton yük qəbul edib.