Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyənin Ceyhan limanı mindən çox gəmi qəbul edib (ÖZƏL)

    23 Noyabr 2025 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin Ceyhan limanı mindən çox gəmi qəbul edib (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    2025-ci ilin yanvar-oktyabr ayında Türkiyənin Ceyhan limanı min 122 gəmi qəbul edib.

    Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ceyhan limanı Türkiyə bayrağı altında üzən 154, digər ölkələrin bayraqları altında üzən 968 gəmi qəbul edib.

    Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyə limanları 34 milyon 749 min 652 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 650 min 473 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 99 min 179 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 858 min 774 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyə limanları 342 milyon 552 min 394 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 24 milyon 352 min 828 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 318 milyon 226 min 566 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyə limanlarından 59 milyon 925 min 350 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 578 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 972 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 606 olub.

    2025-ci ilin yanvar - oktyabr ayında Türkiyə limanları 53 min 209 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 18 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 34 min 460 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Ceyhan limanı #yük daşıma #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    25 Avqust 2026 12:03

    Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    16 Avqust 2026 09:30

    Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 18:00

    İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 16:08

    Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 18:00

    Türkiyə limanlarına iyulda 6 mindən çox gəmi daxil olub (ÖZƏL)

    10 Avqust 2026 16:00

    BƏƏ-dən Türkiyə limanlarına 223 min tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 14:00

    Türkiyə limanları iyulda 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    10 Avqust 2026 12:45

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 12:00

    Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 10:05
    XƏBƏR LENTİ

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.