İqtisadiyyat

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Microsoft for Startups Investor Network” proqramına qoşularaq yerli startapların beynəlxalq bazarlara çıxışı və qlobal texnologiya ekosisteminə inteqrasiyasını təmin edəcək. Proqram çərçivəsində startaplar “Azure” bulud kreditləri, süni intellekt xidmətləri, “GitHub Enterprise” və digər texnoloji imkanlardan istifadə edəcək. Aylıq qiymətləndirmə və mentorluq mexanizmləri startapların inkişaf mərhələsində texnoloji və biznes qərarlar qəbul etməsini asanlaşdıracaq. Son qeydiyyat tarixi 1 dekabr 2026-cı il olaraq müəyyən olunub.

Rusiyadan Ermənistana buğda yükü Azərbaycan ərazisindən tranzitlə göndəriləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, sabah həyata keçiriləcək daşımada 11 vaqon buğda Ermənistana çatdırılacaq. Bu addım Azərbaycanın tranzit məhdudiyyətlərinin aradan qaldırılmasından sonra həyata keçirilən növbəti yük daşımalarından biridir. 2025-ci il 21 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev bütün tranzit məhdudiyyətlərinin götürüldüyünü bəyan etmişdi. Bundan sonra Qazaxıstandan Ermənistana ilk taxıl daşınması həyata keçirilmişdi. Yeni marşrut regionda nəqliyyat əlaqələrinin bərpası baxımından mühüm addım kimi qiymətləndirilir. Tranzit imkanlarının genişlənməsi iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Proses regionda logistika əlaqələrini gücləndirir.

Səudiyyə Ərəbistanı ilə Azərbatcan arasında ticartə dövriyyəsi bu ilin aprel ayında 45.5 milyion Səufiyyə riyalı (təxminən 12.05 milyon dollar) təşkil edib. “Bu ilin aprel ayında Səudiyyə Krallığının Azərbaycandan idxalı 35.9 milyon riyal (9.55 milyon ABŞ dolları) təşkil edib. Krallığın Azərbaycana ixracı isə 9.6 milyon riyal (2.5 milyon riyal) təşkil edib.”-deyə komitədən bildirilib.

2026-ci ilin yanvar-may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 99 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 215 milyon 237 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 377 milyon 650 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Bakıda biznes ictimaiyyətinin aparıcı nümayəndələrini bir araya gətirən Biznes Liderləri Zirvəsi uğurla başa çatıb. İyunun 23-də “The Ritz-Carlton Baku” hotelində keçirilən tədbir ölkənin biznes mühitinin tanınmış simalarını, şirkət rəhbərlərini, sahibkarları və müxtəlif sahələri təmsil edən peşəkarları eyni platformada birləşdirib.

Mikayıl Cabbarov çıxışında qeyd edib ki, Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə çevrilib. Nazirin sözlərinə görə, investisiya imkanları aşağıdakı əsas sahələri əhatə edir: qeyri-neft sənayesi istehsalı, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqroemal, həmçinin nəqliyyat və logistika. O, Azərbaycanın əlverişli coğrafi mövqeyinə diqqət çəkərək bu sahənin strateji əhəmiyyət daşıdığını vurğulayıb və nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində dövlətin ardıcıl siyasət yürütdüyünü qeyd edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov İtaliyaya işgüzar səfəri çərçivəsində 17–19 iyun tarixlərində Romada keçirilən "FII Priority Europe" Forumunda iştirak edib. Gələcək İnvestisiya Təşəbbüsü (FII) İnstitutu tərəfindən təşkil olunan və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) təsisçi tərəfdaş qismində dəstəklədiyi tədbir "Yeniləşən Avropa: Kapital, suverenlik və strateji muxtariyyət" mövzusu üzrə keçirilib.