Mardin Gənclik və İdman İdarəsi 18 tonluq tanker suyun alınması ilə bağlı açıq tender proseduruna start verib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Suyun tədarükü müqavilə imzalandıqdan sonra 365 gün ərzində mərhələli şəkildə həyata keçiriləcək. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
İqtisadiyyat
2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 103 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 222 milyon 905 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 41 milyon 110 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (101) qeydiyyata alınıb.
Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından 33 milyon 109 min 197 ton inşaat məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 822 min 393 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 286 min 804 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından tranzit olaraq inşaat məhsulları 5 min 816 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclasında Agentlik tərəfindən görülmüş işlər və 2026-cı ildə nəzərdə tutulan məsələlər müzakirə olunub.
Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından 28 milyon 730 min 395 ton xam neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 2 milyon 146 min 27 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 26 milyon 584 min 368 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 26 milyon 252 min 758 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.
2025-ci ilin yanvar- noyabr aylarında Rusiyadan Türk limanlarına 3 milyon 298 min 685 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan Türkiyə limanlarına 469 min 927 ton yük daşınıb. “Bu ilin yanvar- noyabr aylarında Rusiyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 369 min 450 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanunu təsdiqləyib. Qanuna əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği - 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq, 74 milyon 793 min 79 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artaraq, 8 milyon 276 min 49 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 8 milyard 628 milyon 945 min dollara bərabər olub.
bp, Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı Podratçı Tərəflər adından hazırlanıb və dərc edilib.
2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Misir kapitalı ilə 62 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 96 milyon 70 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 133 milyon 315 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (56) qeydiyyata alınıb.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz azalaraq, 4 milyon 62 min 38 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz azalaraq, 357 min 63 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.
Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından 83 milyon 630 min 691 ton neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 5 milyon 132 min 653 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 78 milyon 498 min 38 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 30 milyon 144 min 734 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.