Azərbaycan Mərkəzi Bankı (AMB) 22 aprel tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,7000 manat olub. Avronun manata qarşı məzənnəsi 1,9957 manat, 1 türk lirəsi 0,0378 manat, 100 rus rublu isə 2,2716 manat təşkil edib.
İqtisadiyyat
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,38 ABŞ dolları və ya 0,34 faiz artaraq bir barel üçün 110,89 ABŞ dolları təşkil edib.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 45 milyon 441 min 550 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Yunanıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz azaldaraq, 17 milyon 728 min 150 dollara çatdırıb.
İstanbulun Kartal bələdiyyəsi “təhlükəsizlik proqramı”nın satın alınması ilə bağlı açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Proqram təminatının çatdırılma müddəti 30 təqvim günü müəyyən edilib və müqavilə imzalandıqdan dərhal sonra işə başlanacaq.
2026-ci ilin mart ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 3 milyon 138 min 499 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq, 1 milyon 491 min 332 nəfər, beynəlxalq reyslər üzrə isə 0,5 faiz azalaraq 1 milyon 647 min 167 nəfər təşkil edib.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Çinə mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 1 milyon 561 min 10 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Çinə mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıraraq, 622 min 84 dollara çatdırıb.
2026-ci ilin mart ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 11 milyon 577 min 775 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 16 faiz artaraq, 5 milyon 34 min 507 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 6 milyon 543 min 268 nəfər təşkil edib.
2026-ci ilin mart ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 19 milyon 105 min 266 nəfər olub.
2026-ci ilin yanvar-mart ayında Türkiyədə İran kapitalı ilə 109 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 82 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 214 milyon 10 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 73 milyon 60 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
BOTAŞ tərəfindən Antalya Sənaye Bölgəsində yerləşən “Take-Off” vana stansiyası üzrə tikinti işlərinin görülməsi üçün açıq tender elan olunub. Məlumata görə, layihə çərçivəsində təxminən 425 kvadratmetr ərazidə torpaq işləri, betonlama, betonarme yol və vana otağının inşası nəzərdə tutulur. İşlərin Antalya vilayətinin Döşemealtı rayonunda həyata keçirilməsi planlaşdırılır.
2026-ci ilin yanvar-mart ayında Türkiyədə Almaniya kapitalı ilə 105 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı 304 milyon 170 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 84 milyon 112 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti yanacaq partiyası göndəriləcək. 16 vaqon dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur. Qeyd edilən həcmdə dizel yanacağı bu gün - dəmir yolu ilə Azərbaycandan yola salınacaq.