Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neftin ticarəti və logistikasına həsr olunmuş İkinci Forumu keçirilir. Forumun gündəliyi dəyişən qlobal mühitdə nəqliyyat və infrastruktur, maliyyə aspektləri və əməliyyatları, eləcə də ticarət strategiyaları daxil olmaqla əsas sahələri əhatə edəcək.
İqtisadiyyat
2026-ci ilin yanvar-mart ayında Türkiyədə ABŞ kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 9 milyard 58 milyon 243 min 500 türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 7 milyon 450 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz artaraq, 9 milyon 372 min 91 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Qırğızıstana avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,4 faiz artıraraq , 3 milyon 980 min 35 dollara çatdırıb.
Türkiyə Səhiyyə Nazirliyinə bağlı Ərzincan Səhiyyə İdarəsi tərəfindən tibbi cihazların texniki baxım və təmir xidmətlərinin alınması məqsədilə açıq tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində xidmətlər 6 hissə üzrə 24 ay müddətində icra olunacaq.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Çinə sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq, 186 milyon 845 min 340 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Çinə sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz artaraq, 79 milyon 641 min 470 dollara çatdırıb.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Çinə hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azalaraq, 10 milyon 386 min 660 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Çinə hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz artıraraq, 73milyon 39 min 13 dollara çatdırıb.
Ordu Təhsil və Araşdırma Xəstəxanasının Baş həkimliyi Ordu Şəhər Xəstəxanası üçün akkumulyatorlu nəqliyyat vasitələrinin alınması məqsədilə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sənədə əsasən, alınacaq akkumulyatorlu nəqliyyat vasitələri xəstəxananın biomedikal dayanıqlı daşınar anbarı və inventar anbarının göstərəcəyi ünvanlara işlək vəziyyətdə təhvil verilməlidir. Təchizatın müqavilə imzalandığı tarixdən etibarən 90 gün ərzində tamamlanması nəzərdə tutulur.
2026-ci ilin mart ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 3 milyon 390 min 245 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq, 2 milyon 526 min 866 nəfər, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 863 min 379 nəfər təşkil edib.
Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM məmnuniyyətlə bildirirlər ki, Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir. İlk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalaraq, 23 milyon 410 min 900 dollara bərabər olub. Türkiyənin 2026-cı ilin mart ayında Özbəkistana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz azalaraq, 7 milyon 73 min 620 dollara çatıb.
BOTAŞ Konya vilayətinin Seydişehir rayonunda yerləşən Mesudiye xətt vana stansiyasında tikinti işlərinin həyata keçirilməsi üçün açıq tender proseduruna start verib. Məlumata görə, layihə çərçivəsində təxminən 460 kvadratmetr sahədə zemin düzləndirilməsi və betonlama işləri, eləcə də vana otağının tikintisi nəzərdə tutulur
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz artaraq, 4 milyon 328 min 280 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Qırğızıstana xalça ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,1 faiz artıraraq, 1 milyon 738 min 980 dollara çatdırıb.