İqtisadiyyat

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Fransaya avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq, 1 milyard 225 milyon 484 min 130 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Fransaya avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azaldaraq , 455 milyon 520 min 80 dollara çatdırıb.

İstanbul şəhərində fəaliyyət göstərən İstanbul İdman Tədbirləri və İşlətməçilik Ticarət Anonim Şirkəti 2026-cı il üçün “Təsis idarəetmə sistemi proqram təminatı dəstək və texniki xidmətlərinin alınması” üzrə açıq tender proseduruna başlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihə çərçivəsində 12 ay müddətində proqram təminatı üzrə texniki dəstək və xidmətlərin göstərilməsi nəzərdə tutulur. İşə müqavilə imzalandıqdan sonra 3 gün ərzində başlanılacaq.

2026-ci ilin yanvar-mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 65 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 181 milyon 587 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 34 milyon 850 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən İrana kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 107 milyon 607 min 930 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında İrana kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz azaldaraq, 21 milyon 838 min 58 dollara çatdırıb.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Yunanıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz azalaraq, 74 milyon 845 min 350 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Yunanıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz azaldaraq, 22 milyon 161 min 44 dollara çatdırıb.

Qaziantep Su və Kanalizasiya İdarəsi tərəfindən 800 min litr dizel yanacağının satın alınması üçün açıq tender proseduru başlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalma 12 ay müddətində həyata keçiriləcək və müqavilə imzalandıqdan sonra ən geci 10 gün ərzində icrasına başlanacaq.