Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib.
İqtisadiyyat
Trabzonun Yomra bələdiyyəsi tərəfindən C20/25 markalı hazır betonun alınması üzrə açıq tender elan edilib. Məlumata görə, tender çərçivəsində ümumilikdə 7 min 500 kubmetr hazır betonun tədarükü nəzərdə tutulur. Beton materiallarının rayon ərazisində müxtəlif küçə və məhəllələrdə istifadə olunacağı bildirilib.
Özbəkistanın rəqəmsal iqtisadiyyatında inqilab edən Uzum, qısa müddət ərzində Orta Asiyanın ən böyük və ən sürətlə inkişaf edən texnoloji ekosisteminə çevrilmişdir. 2024-cü ildə 1,16 milyard dollar dəyərləndirmə ilə Özbəkistanın ilk "unicorn" (dəyəri 1 milyard dolları keçən startap) şirkəti statusunu qazanaraq regionun iqtisadi mənzərəsini dəyişdirmişdir.
İslam İnkişaf Bankı Qrupunun (IsDB) sədri Məhəmməd Əl-Casir 4–8 may tarixlərində Azərbaycana rəsmi səfər edəcək. Səfər 16–19 iyun tarixlərində Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı ərəfəsində baş tutacaq. Səfərin məqsədi IsDB ilə Azərbaycan arasında tərəfdaşlığı gücləndirmək, həmçinin “Davamlı rifah naminə regional inteqrasiya” şüarı ilə keçiriləcək tədbirlərə hazırlığı irəlilətməkdir.
Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası təsdiq edilib.
İzmir Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən Atatürk Tədris və Araşdırma Xəstəxanası tərəfindən tikinti emalatxanası materiallarının alınması üçün açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, qalib şirkət sifariş əsasında tələb olunan materialları mərhələli şəkildə və 10 gün ərzində təhvil verməlidir.
Denizli vilayətində yerləşən Çameli Dövlət Xəstəxanası üçün dializ binasının (böyrəkləri işləməyən xəstələrin qanının aparat vasitəsilə təmizləndiyi xüsusi tibb binasıdır) tikintisi məqsədilə açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məlumata görə, layihə çərçivəsində bir ədəd bina inşa ediləcək və işlərin icra müddəti yer təhvil verildikdən sonra 210 gün təşkil edəcək.
2026 -cı ilin mart ayında Qırğızıstandan Türkiyəyə 12 min 519 turist səfər edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 10 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,59 faiz təşkil edib. 2026-cı ilin yanvar-mart aylarında Qırğızıstandan Türkiyəyə 28 min 71 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,45 faiz çoxdur.
Türkiyənin Şırnak vilayətinin Balveren bələdiyyəsi tərəfindən 3 ədəd 16+1 yerlik şəhərdaxili sərnişin mikroavtobusunun alınması üzrə açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihə çərçivəsində alınacaq nəqliyyat vasitələrinin müqavilə imzalandıqdan sonra 30 gün ərzində təhvil verilməsi nəzərdə tutulur.
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.Sözügedən yük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.
Türkiyənin Kayseri vilayətinin Kocasinan bələdiyyəsi tərəfindən Yüreğil məhəlləsində imam evi və Quran kursunun tikintisi üzrə açıq tender elan olunub. Məlumata görə, layihə çərçivəsində ümumi sahəsi 230,30 kvadratmetr olan iki mərtəbəli betonarme bina inşa ediləcək.
Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən Oracle proqram təminatı üzrə lisenziya, texniki dəstək və yenilənmə xidmətlərini əhatə edən açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, layihə 2026-cı ilin iyul ayından başlayaraq 2027-ci ilin may ayına qədər davam edəcək.