İqtisadiyyat

Türkiyənin Kayseri vilayətinin Kocasinan bələdiyyəsi tərəfindən Yüreğil məhəlləsində imam evi və Quran kursunun tikintisi üzrə açıq tender elan olunub. Məlumata görə, layihə çərçivəsində ümumi sahəsi 230,30 kvadratmetr olan iki mərtəbəli betonarme bina inşa ediləcək.

Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən Oracle proqram təminatı üzrə lisenziya, texniki dəstək və yenilənmə xidmətlərini əhatə edən açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, layihə 2026-cı ilin iyul ayından başlayaraq 2027-ci ilin may ayına qədər davam edəcək.

Xalıq Qəhrəman oğlu Rəhmanov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.X.Rəhmanov 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb. X.Rəhmanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Ankara şəhərində yerləşən Bilkənt Şəhər Xəstəxanası tərəfindən 2026-cı il üçün generator və isitmə məqsədli dizel yanacağının alınması üzrə açıq tender elan edilib. Məlumata görə, tender çərçivəsində ümumilikdə 70 min litr dizel yanacağının tədarükü nəzərdə tutulur.

İldən-ilə Azərbaycan ÜDM-də özəl sektorun rolu artır.Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib. "Özəl sektorda olan resurslar sonsuz deyil. Həmin resurslara əlçatanlıq ahəngdar şəkildə sahibkarlara təqdim edilməsi diqqət mərkəzimizdədir", - nazir qeyd edib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilir.

Diyarbakır Böyükşəhər Bələdiyyəsi tərəfindən Hevsel Bağları bölgəsində açıq kanal tikintisi ilə bağlı açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra 10 gün ərzində işə başlanacaq və layihənin 30 təqvim günü ərzində tamamlanması tələb olunur.

Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən 43 ədəd yanğınsöndürmə avtomobilinin alınması ilə bağlı açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra 10 gün ərzində işlərə başlanılacaq və avtomobillərin mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır.

Türkiyənin Denizli rayonunda yerləşən Tavas Dövlət Xəstəxanasının AMATEM bölməsinin təmiri ilə bağlı açıq tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra 10 gün ərzində işə başlanılacaq və layihənin 30 təqvim günü ərzində tamamlanması tələb olunur.