İqtisadiyyat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Türküstanda keçirilən qeyri-rəsmi sammitində texnologiya sahəsində əməkdaşlığı yüksəltməyin vacibliyini vurğulayıb. O, süni intellekt və rəqəmsal inkişaf məsələlərinin strateji gələcək baxışı kimi qəbul edilməsinin önəmini qeyd edib və texnologiyaların qlobal dominantlıq alətinə çevrilməməsi üçün düzgün yanaşma tətbiq edilməsinin vacib olduğunu bildirib.

Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyəyə aid vasitələr, avadanlıq və iş maşınlarında istifadə olunmaq üçün 95 oktan benzin və dizel satın almaq məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində 27 milyon litr dizel və 90 min litr 95 oktan benzin alınacaq.

Türkiyə Dövlət Su İşləri (DSİ) Baş İdarəsi Adıyamanın kənd təsərrüfatı və su təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən "Adıyaman Göksu Araban Aksu Regulyatoru və Besni-Keysun-Kizilin Ana İletim Xətti"nin inşası üçün tender elan edib.

Türkiyənin İzmit şəhərindəki İzmit Bələdiyyəsi, 6x4 tipli, üç ədəd yük maşınının alınması üçün tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avtomobillər, müqavilə imzalandıqdan sonra 15 gün ərzində təhvil veriləcək və təhvil verilən zaman avtomobillərin işlək vəziyyətdə, təmiz və istifadəyə hazır olması tələb olunur.

"Tacikistanın paytaxtı Düşənbədə keçirilən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası çərçivəsində Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina ilə görüşüb. Görüşdə Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı müzakirə olunub."

İstanbul İctimai Səhiyyə İdarəsi, şəhərin səhiyyə infrastrukturunun modernləşdirilməsi çərçivəsində üç böyük dövlət xəstəxanasında əsaslı təmir və bərpa işləri üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Podratçı şirkət işə başladıqdan sonra bütün təmir prosesini 120 təqvim günü ərzində yekunlaşdırmalıdır.

Şanlıurfanın Akçakale Bələdiyyəsi tərəfindən 1 milyon litr dizelin alınması məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunur ki, çatdırılmalar müqavilə imzalandıqdan sonra 365 gün ərzində mərhələli şəkildə həyata keçiriləcək.